Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 00:54

Ermənistanlı nazir: ''Iskander'in vuracağı zərər o qədər böyükdür ki...'


Vigen Sarkisian
Vigen Sarkisian

23 fevral – Qızıl ordunun yaranması günü keçmiş Sovet ölkələrində artıq bayram olmasa da, bu günü Ermənistanda qeyri-rəsmi qeyd edirlər. Rusiyanın «Ria Novosti» agentliyi bayram ərəfəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisian-dan müsahibə alıb.

TÜRKİYƏNİN VASİTƏÇİLİYİ

Müsahibəsində nazir Ermənistanın Rusiya, NATO ilə münasibətlərindən danışıb, Türkiyə, Azərbaycan haqda fikirlərini bölüşüb.

V.Sarkisian Azərbaycan, eləcə də onunla müttəfiq olan Türkiyənin uzaqgörən siyasət aparmadığını, regionun maraqlarına zidd davrandıqlarını deyib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla Ermənistan arasında hansısa proseslərdə vasitəçi rolunu oynamaq cəhdi Yerevanda yalnız ironiya ilə qarşılanır. Nazir deyib ki, müttəfiqini seçmək hər bir ölkənin öz işidir, ancaq «yalnız ümumi dəyərlər əsasında qurulan münasibətlər istənilən effekti verə, regional və beynəlxalq təhlükəsizliyi möhkəmləndirə bilər».

Azərbaycanın İsraillə hərbi əməkdaşlığına gəlincə, V.Sarkisian deyib ki, İsrail regiona cəlb olunmaqla öz problemlərini həll edir və Azərbaycanla əməkdaşlıq İsrailin maraqlarından qaynaqlanır.

«MƏSƏLƏ SİLAHLANMAQDA DEYİL»

Ermənistanlı nazir Azərbaycan ordusunun onlarınkından dəfələrlə çox silahlanmasından da danışıb. O deyib ki, məsələ silahlanmaqda deyil, silahlarla davranmaqda, idarəçilik sistemindədir. «İstənilən regionda sülhü və stabilliyi təmin edən demokratik institutlardır. Məncə, Cənubi Qafqaza təhlükə olan Azərbaycandakı rejimdir. Bu ölkədə silahlı qüvvələrə demokratik nəzarət sistemi yoxdur. Ona görə də, oradakı silahların sayı və növü vacib deyil… Vacib olan bu silahlardan istifadədir».

2016-cı il sentyabrın 26-da hərbi paradda Yerevan «Iskander»ləri nümayiş etdirib.
2016-cı il sentyabrın 26-da hərbi paradda Yerevan «Iskander»ləri nümayiş etdirib.

V.Sarkisian Azərbaycandan fərqli olaraq, Ermənistan ordusuna demokratik nəzarət sisteminin daha güclü olduğunu vurğulayıb.

Ermənistandakı «Iskander» raketlərinin əslində Rusiyaya məxsus olması haqda deyilənlərə gəlincə, nazir bu fikirləri qəti rədd edib, ««Iskander»lər Ermənistana məxsusdur, onları Ermənistan idarə edir», – deyib. «Bəs bu silahdan hansı hallarda istifadə ediləcək» sualına cavabında V.Sarkisian bildirib ki, «Iskander»in hədəfi olan ölkənin infrastrukturuna dəyəcək zərərin miqdarı o qədər böyükdür ki, ondan istifadə qərarı mütləq götür-qoy edilməlidir. ««Iskander»lərdən istifadə regiondakı situasiyadan asılı olacaq», – deyə nazir vurğulayıb.

«HEÇ VAXT SİRRİMİZ OLMAYIB»

V.Sarkisian NATO ilə münasibətlərin Rusiyayla strateji birliyin maraqlarına zidd olmayacağını söyləyib: «Bizim NATO ilə münasibətlərimiz müttəfiqlərimiz və tərəfdaşlarımıza həmişə tam açıq olub. Bu barədə heç vaxt sirrimiz olmayıb və bu münasibətlərimiz Rusiyayla strateji müttəfiqliyimizin maraqlarına zidd ola bilməz, olmayacaq da».

Nazir bildirib ki, Ermənistandan ötrü vacib olan NATO-nun keçirdiyi çoxmillətli, sülhməramlı əməliyyatlarda iştirak etmək, təcrübə toplamaqdır. «Bu, bizə bir tərəfdən beynəlxalq sülhməramlı sistemin nədən ibarət olduğunu anlamağa, digər tərəfdən öz qabiliyyətimizi, müxtəlif real şəraitlərdən keçmiş sülhməramlı kontingentimizi formalaşdırmağa kömək edər», – deyən V.Sarkisian bu yerdə regiondakı münaqişələri də nəzərə aldıqlarını vurğulayıb.

Erməni sülhməramlıları NATO təlimlərində.
Erməni sülhməramlıları NATO təlimlərində.

NATO-DAN MƏSLƏHƏTLƏR ALIR

Hazırda Ermənistan NATO ilə münasibətlərini 2005-ci ildə razılaşdırılmış Fərdi Tərəfdaşlıq Planı (IPAP) əsasında qurur (IPAP). V.Sarkisian-ın dediyinə görə, bu proqram hər şeydən öncə, silahlı qüvvələrə demokratik nəzarət sisteminin inkişafına yönəlib.

Fərdi Tərəfdaşlıq Planına görə, Ermənistan NATO ilə vaxtaşırı məsləhətləşmələr aparır, təhlükəsizlik strategiyasının hazırlanması, Ermənistanın hərbi doktrinasının tərtibi, müdafiə və büdcə planlaması və digər məsələlərlə bağlı məsləhətlər alır.

Bundan başqa, Ermənistan NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarının tərkibində təmsil olunur.

XS
SM
MD
LG