Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Nikol Pashinian hərbi xərcləri kəskin artırır


Nikol Pashinian
Nikol Pashinian

Ermənistan baş naziri Nikol Pashinian seçkidən sonra keçirilən ilk hökumət müşavirəsində deyib ki, hökumət Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması məqsədilə yaxın beş ildə əlavə olaraq 2, 5 milyard dollar investisiya qoymalıdır.

Pashinian bu iclasda başçılıq etdiyi hökumətin strateji hədəflərindən söz açıb. Bunlar investisiyaların stimullaşdırılması, hərbi-sənaye kompleksinin əsaslı inkişaf etdirilməsidir.

Baş nazirin fikrincə bütün bunlar “Ermənistanın texnologiyalar ölkəsinə çevrilməsinə, silahlı qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsinə, təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına, səhiyyə sahəsində islahatların həyata keçirilməsinə və bütövlükdə dövlət sisteminin gücləndirilməsinə imkan verəcək”.

Pashinian xatırladıb ki, onun seçki blokunun əsas şüarlarından biri də bürokratiyanın ləğv edilməsi və prosedurların maksimum sadələşdirilməsi idi.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytı yazır ki, Pashinian hökuməti 2019-cu il üçün hərbi büdcəni kəskin artıraraq onu 530 milyon dollara çatdırıb. Baş nazirin özü bu barədə deyib:

“Qarşıdan gələn beş il ərzində biz Silahlı Qüvvələrin inkişafına 2, 5 milyard dollar sərmayə qoymalıyıq. Biz bu vəsaitlərin tapılması üçün çox ciddi axtarış işi aparmalıyıq. Söhbət bir hissəsi hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına xərclənəcək əlavə vəsaitlərdən gedir”.

Pashinian deyib ki, onun hökumətinin başlıca vəzifəsi Ermənistandakı ifrat yoxsulluğa son qoyulmasıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG