Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Etiraz lideri deyir ki, Sarkisyan aprelin 22-də onunla görüşmək istəyir


Etirazlara millət vəkili Nikol Paşinyan liderlik edir
Etirazlara millət vəkili Nikol Paşinyan liderlik edir

Ermənistanda etiraz lideri Nikol Paşinyan deyib ki, aprelin 22-də keçmiş prezident və indiki baş nazir Serj Sarkisyanla görüşəcək.

Serj Sarkisyanın parlamentdə baş nazir seçilməsinə etirazların 9-cu günündə Paşinyan deyib: "Mən Serj Sarkisyanla onun istefası və hakimiyyətin dinc yolla ötürülməsi şərtlərini müzakirə etmək üçün görüşəcəyəm”.

O deyib ki, sözü gedən görüş yerli vaxtla səhər saat 10-da Yerevanın Marriott otelində keçirilməlidir.

Sarkisyanın ofisi bu informasiyanı hələlik təsdiq etməyib.

Lakin bundan əvvəl, aprelin 21-də Sarkisyan etiraz lideri ilə “siyasi dialoq” istədiyini bildirmişdi:

“Mən ölkə daxilində baş verən siyasi hadisələrdən narahatam. Geriyə qaytarılması mümkün olmayan itkilərə yol verməmək üçün mən Nikol Paşinyanı siyasi dialoqa və danışqılar masasına dəvət edirəm. Bu dərhal edilməlidir”.

Serj Sarkiyan 10 il prezident kürsüsündə oturduqdan sonra ölkənin baş naziri seçilib.

Müxalifət bu yolla onun ömürlük hakimiyyətini təmin etdiyini deyir.

2015-ci ildə keçirilmiş referendumun nəticələrinə görə Ermənistan yeni hakimiyyət sisteminə keçib. Yeni sistemdə real hakimiyyət prezidentdən alınaraq baş nazirə verilir.

Paşinyan aprelin 21-də ölkənin yeni prezidenti Armen Sarkisyanla görüşüb.

Əslində prezidentin özü cangüdənlərinin müşayiəti ilə gözlənilmədən etirazçıların arasında görünüb və on dəqiqə müddətində Paşinyanla söhbət edib.

Respublika meydanına yığılmış etirazçılar isə prezidentə müraciətlə xorla qışqırırdılar: “Prezident, Serj Sarkisyanı rədd et!”

Bunun ardınca axşam saatlarında mitinqdə çıxış edən Paşinyan deyib ki, o, prezident Armen Sarkisyana Serj Sarkisyanın istefasının tələb olunduğunu çatdırıb.

Yerevanda etirazlar 9 gündür ki, davam edir
Yerevanda etirazlar 9 gündür ki, davam edir

Paşinyan etirazçıları zorakılıq etməməyə və bununla da polisə bəhanə verməməyə çağırıb.

Etiraz dalğasının Gümrü və Vanadzor şəhərlərinə də yayıldığı xəbər verilir.

Polis paytaxtın müxtəlif yerlərində etirazçıların həbslərini davam etdirir. Aprelin 21-də Yerevanda 70-dək nümayişçinin saxlandığı bildirlir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG