Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

1 erməni əsgəri ölüb, ikisi yaralanıb


Foto arxiv
Foto arxiv

Ermənistan əsgəri Şavarş Qalstyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Ermənistan baş hərbi istintaq idarəsindən verilən məlumata görə, Şavarş Qalstyanın meyiti yanvarın 25-i səhər saat 08:50 radələrində N saylı döyüş mövqeində aşkar edilib.

Güllə onun çənəsindən dəyib.

Faktla bağlı, özünü öldürmə həddinə çatdırma maaddəsi ilə cinayət işi qaldırılıb.

Həmçinin daha bir Ermənistan əsgəri Qurqen Sargsyanın yanvarın 16-da ağır yaralandığı bildirilir.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, o, silahla ehtiyatsız davranıb və nəticədə beynindən ağır güllə yarası alıb.

Hərbi-tibbi idarənin rəisi, polkovnik Kamavor Xaçaturyan əsgərin ağır vəziyyətdə olduğunu deyir.

Həmçinin 3 gün əvvəl cəbhə bölgəsində daha bir Ermənistan əsgərinin yaralandığı bildirilir.

Müqavilə ilə xidmət edən Aleksey Avanesyan hərbi hospitala götürülüb və ayağı kəsilib.

Ermənistan tərəfinin məlumatına görə, o, qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb.

Qeyd edək ki, Ermənistan tərəfi son vaxtlar təmas xəttində itkilərlə bağlı vaxtaşırı məlumatlar yayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG