Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Ermənistan bazarlarında Azərbaycan alması aşkar edilib ?


DAD-alma
DAD-alma

Ermənistan bazarlarında sərhəd nəzarətindən keçməmiş Azərbaycan alması aşkar edildiyi bildirilir.

Bu barədə Rusiyanın lenta.ru saytı Ermənistan Dövlət ərzaq məhsulları təhlükəsizliyi xidmətinin rəsmi saytına istinadla xəbər yayıb.

Məlumata görə almaların hamısının məhv edilməsi göstəriş verilib.

“Meyvə-tərəvəz satışı yerlərində Azərbaycan məhsulları qeydə alınıb.Müfəttişlər dərhal bu almaların satışını qadağan edib və onların məhv edilməsini göstəriş verib”, press-relizdə deyilir.

Ərzaq təhlükəsizliyi xidmətinin əməkdaşları ölkə vətəndaşlarını bu cür qanunsuz məhsullar barədə dərhal məlumat verməyə çağırıblar.

İdarə ixracçını aydınlaşdırmaq üçün bazarlarda aşkar edilmiş bu məhsullar və onların fotolarını digər dövlət orqanlarına da göndərib.

DAD-alma
DAD-alma

Çünki rəsmi məlumatlarda sərhəd məntəqələrindən Azərbaycan məhsulları keçmədiyi bildirilir.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoxdur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG