Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:27

Erməni tərəfi Bordyujanın sözlərini Azərbaycana "siqnal" adlandırır


Serzh Sarkissian cəbhənin Talış kəndində, 10Dek2016

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuzha özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumla bağlı “DQR” terminini işlədərkən yanılmayıb, Bakıya aydın siqnal göndərib.

Bunu Ermənistan Milli Məclisinin vitse-spikeri, hakim Respublikaçılar partiyasının mətbuat katibi Eduard Sharmazanov deyib.

Buna da bax:​ Sərhəddə toqquşmalar. Baş katib 'DQR' ifadəsi işlətdi

“SİQNALA BELƏ CAVAB VERİR”

Ötən gün səhər saatlarında Ermənistanın Tavuş rayonunun Çinari kəndinin cənub-şərq istiqamətində baş vermiş hərbi toqquşmalarda itkilər verilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərərkən pusquya düşdüyünü bildirib.

Eduard Sharmazanov
Eduard Sharmazanov

«Azərbaycanın bu diversiyası qətiyyətlə qınanmağa layiqdir. Bu, növbəti dəfə Azərbaycan dövlətinin terrorçu xarakterini göstərir. Baş verənlərə görə bütün məsuliyyəti başda onların rəhbəri olmaqla, Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşımalıdır. Çünki heç nəyə baxmayaraq, dördgünlük aprel hadisələrindən sonra ABŞ dövlət katibi Kerry və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Vyana və Peterburqda sammitlər keçirilib. Azərbaycan, faktiki, həmsədr ölkələrin ona göndərdiyi siqnala belə cavab verir», – deyə Sharmazanov bildirib.

Buna da bax: Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]

“MÜSBƏT AMİLDİR”

Ermənistan parlamentinin vitse-spikeri hesab edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın hərəkətlərinə çox sərt qiymət verməlidir. «Bu mənada KTMT baş katibinin bəyanatını müsbət hesab edirəm. Səbəbini deyim. Birincisi, bəyanatın verilməsi özü-özlüyündə müsbət amildir. İkincisi, Bordyuzha Azərbaycanın Çinaridəki hərəkətlərini ‘təxribat’ adlandırır. Üçüncüsü də, bunu çox vacib sayıram: əgər əvvəllər həm KTMT, həm həmsədr ölkələr, həm də beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin nizamlanmasından və Qarabağ tərəfindən danışarkən "Dağlıq Qarabağ" terminini işlədirdisə, indi KTMT-nın rəsmi saytında biz rusca oxuya bilərik: Dağlıq Qarabağ Respublikası», – Sharmazanov deyib.

«Bunun yanlış olduğunu düşünmürəm. Düşünürəm ki, bu, aydın siqnaldır. İlk dəfədir ki, KTMT kimi bir qurum Dağlıq Qarabağdan danışarkən "DQR" terminindən istifadə edir və bu, Azərbaycana aydın siqnaldır. Hesab edirəm ki, bu şərh digər beynəlxalq təşkilatlara nümunə olmalıdır», – deyə o vurğulayıb.

Buna da bax: Müdafiə Nazirliyindən itkin əsgərlə bağlı açıqlama

“ETMƏLİ OLDUĞUNU EDİB”

«Bordyuzha-nın dediklərinə gəlincə, təkrar edirəm ki, bəyanatın verilməsi faktının özü əhəmiyyətlidir. Çünki onlar ...konkret cavab verdilər, qeyd etdilər ki, əməliyyat Çinaridə, faktiki olaraq, Ermənistanda baş verib. Təbii ki, Azərbaycanın guya erməni tərəfinin hücum etməsi və özünün müdafiə olunması barədə yalançı, göbbelssayağı təbliğatı rədd edilir. Bordyuzha əməliyyatların Çinaridə getdiyini konkret qeyd edərək təsdiqləyir ki, Azərbaycan diversiya həyata keçirib, bu təxribatdır və danışıqlar prosesinə böyük zərbədir. Bunu nadir ünvanlı bəyanatlardan hesab etmək olar. Əlbəttə, mən demirəm ki, biz bundan ilhamlanmalı, sevinməliyik. KTMT katibi etməli olduğunu edib. Ancaq bunun müsbət hal olduğunu deməmək də düzgün olmazdı", – deyə Sharmazanov qeyd edib.

Buna da bax:​ O.Əsədov N.Bordyuzha-nın 'xətrinə' dəymir

Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlə bağlı KTMT baş katibi N.Bordyuzha Azərbaycan tərəfini ittiham edib. O, Dağlıq Qarabağdakı separatçı rejimi «Dağlıq Qarabağ Respublikası» adlandırıb. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.

KTMT-ni 2002-ci ildə MDB-yə daxil olan 6 ölkə yaradıb. Bu Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Azərbaycan MDB-yə üzv olsa da, KTMT-yə qoşulmayıb.

XS
SM
MD
LG