Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:53

Ermənistan hökumətinin 2017-ci il dövlət büdcəsiylə bağlı qəbul elədiyi ilkin qanun layihəsində xərclərin təxminən 200 milyon dollar azaldılması nəzərdə tutulur.

Maliyyə nazirliyi mümkün düzəlişdən sonra sənədi hökumətə göndərməli, sonra isə parlamentin müzakirəsinə çıxarılmalıdır.

Baş nazir Karen Karapetyan xərclərin azaldılması ilə bağlı hökumətin bütün tələblərinin çox aktual olduğunu deyir.

Qeyd edək ki, 3 milyona yaxın əhalisi olan Ermənistanın illik büdcəsi (azaldılandan sonra) təxminən 2 milyard 900 milyon dollar olub.

Buna da bax: Azərbaycan büdcəsi də kiçilir.

XS
SM
MD
LG