Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Baş katiblik yenə də Ermənistana keçmədi


Serzh Sargsyan, Nursultan Nazarbayev, Vladimir Putin, Almazbek Atambayev, Emomali Rahmon, Nikolai Bordyuzha
Serzh Sargsyan, Nursultan Nazarbayev, Vladimir Putin, Almazbek Atambayev, Emomali Rahmon, Nikolai Bordyuzha

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katiblik Sankt-Peterburq sammitində də Ermənistana keçmədi.

Bu məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növəti sammitində baxılacaq.

AzadlıqRadiosu Ermənistan xidmətinin dekabrın 27-də yaydığı məlumata görə, bunu jurnaılistlərə təşkilatın hazırkı rusiyalı baş katibi Nikolay Bordyuja deyib.

O, bunun səbəbini sammitdə kvorumun olmaması ilə izah edib.

Qeyd edək ki, Belarusun nümayəndə heyəti bu sammitdə iştirak etməyib.

Amma Kremlin sözçüsü Dimitry Peskov bundan əvvəl demişdi ki, Belarusun sammitə qatılmaması nəzərdə tutulan sənədlərin imzalanmasını əngəlləməyəcək və həmin sənədlər imzalanmaq üçün Minskə göndəriləcək.

Xatırladaq ki, baş katiblik məsələsi 2 ay əvvəl Yerevan sammitində də təxirə salındı.

Həmin vaxt isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə gəlməmişdi və bunun səbəbi onun xəstə olması ilə izah edilmişdi.

Ermənistan prezidenti Serzh Sarkisian həmin vaxt məsələnin Sankt-Peterburq sammitinə qaldığını demişdi.

2003-cü ildən təşkilata Rusiyanın nümayəndəsi Nikolay Bordyuja baş katiblik edir.

Baş katiblik hələ 1 il əvvəl rotasiya üzrə Ermənistana keçməli idi, amma 1015-ci ilin dekabrında Moskva sammitində Bordyujanın müddəti daha 1 il uzadıldı.

Ermənistanlı politoloq Stepan Grigoryan deyir ki, Azərbaycanla yaxın hərbi-siyasi münasibətləri olan Belarus prezidenti Lukashenkonun sammitə qatılmaması ola bilsin ki, baş katibliyin Ermənistana keçməsi ilə bağlıdır.

“Problem nədədir ?Ondadır ki, Azərbaycan Belarus, Qazaxıstan, həmçinin Rusiyaya bildirib ki, Ermənistandan olan generalın təşkilata baş katiblik etməsinə qarşıdır. Belə çıxır ki, təşkilata üzv olmayan Azərbaycanın bu quruma təsiri Ermənistandan daha böyükdür”, deyə o vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG