Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:49

Ermənistan hökuməti banan monopoliyasına müharibə elan edib


Banan

Ermənistanın yeni baş naziri Karen Karapetyan biznesdə monopoliyaya qarşı mübarizənin artıq nəticə verməyə başladığını deyir.

Karen Karapetyan
Karen Karapetyan

Xüsusi hökumət komitəsi artıq noyabrın 21-də hökumətə bağlı ayrı-ayrı biznesmenlərin monopoliyasında olan əsas malların liberallaşdırılmasına başlandığını bəyan edib.

Hökumət bu cür iri şirkətlərin iqtisadi islahatlar planına mane olmağa cəhd göstərdiklərini deyir.

Amma çoxdandır ki, Ermənistanda banan idxalı ilə məşğul olan şirkət, hökumətin gəlirli sahələrdə rəqabətli biznes şəraiti yaratmaq palına mane olmadığını iddia edir.

Komitə tanınmayan bir iş adamının Rusiyadan Ermənistana böyük həcmdə banan gətirməsinə yardımçı olduğunu bildirir.

Komitənin məlumatına görə, həmin şəxsdən onlara başqa adamların onun mal vurmasına mane olması barədə şikayət daxil olub.

AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, vergi və gömrük xidmətlərinin daxil olduğu hökumət idarəsi hələ də həmin şəxslərin kimliyini, gömrük və ya vergi orqanlarının əməkdaşları olub-olmadığını müəyyən eləməyib.

Ermənistanda banan idxalı çoxdandır ki, “Katrine Group” adlı şirkətin monopoliyasındadır.

Banan
Banan

Bu şirkətə, bu yaxınlaradək məhkəmə qərarlarının icrasına nəzarət orqanının rəhbəri olmuş Migran Pogosian başçılıq edir.

Amma o,bu şirkətlə heç bir bağlılığı olmadığını iddia edir.

Yeri gəlmişkən Pogosian, həm də “Katrine Group” şirkətinin maliyyələşdirdiyi xeyriyyə təşkilatının sədridir.

Şirkətin icraçı direktoru Rikardo Merino Dövlət gəlirləri komitəsinin monopoliya ilə bağlı iddialarını rədd edir:”Əlbəttə biz rəqabət aparırıq.Bazarda payımız nə qədər çox olsa, bir o qədər yaxşıdır.Amma bunun üçün xüsusi heç nə eləmirik.Sadəcə yaxşı qiymətə yaxşı xidmət göstərmək istəyirik. O ki, qaldı rəqiblərimizin bizi narahat eləməsinə, bundan məmnunam”, deyə o AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.

Yeri gəlmişkən, komitə anti-monopoliya tədbirləri nəticəsində Ermənistanda bananın pərakəndə qiymətinin artıq 20 faizdən də çox ucuzlaşdığını bildirir.

Karen Karapetyan sentyabrda baş nazir təyin edildikdən az sonra, ölkədə biznes mühitinin yaxşılaşdırılacağını və tezliklə digər iqtisadi islahatlara başlanılacağını vəd edib.

Karapetyanın oktyabrda dediklərinə görə, bir qrup şirkətin monopoliyasında olan gəlirli yanacaq biznesinə artıq yeni bir şirkət də daxil olub.

Amma müxalifətdən olan deputat və keçmiş baş nazir Hrant Bagratian AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində hökumətin islahatlar proqramının ciddiliyinə ehtiyatla yanaşmağı məsləhət görür.

“Bu həm ciddi, həm də sadəcə hoqqa, reklamsayağı gediş ola bilər. Mənə hazırda qənd və banan biznesində 1-dən çox idxalçı olduğunu deyirlər.Amma bunun doğru olduğunu bilmirəm”,deyə o, vurğulayıb.

Hrant Bagratian
Hrant Bagratian

Bagratianın sözlərinə görə ölkədə monopoliyanın səviyyəsini müəyyən etməyin yollarından biri də kiçik və orta biznesin ümumdaxili məhsuldakı payına nəzər salmaqdır.

“Rəsmi məlumata görə, bu 28 faizdən 23 faizə düşüb, amma bu tədqiqat 2016-cı ilə aid deyil. Buna görə də hesab edirəm ki, bu barədə fikir söyləmək hələ ki, tezdir”,deyə Bagratian bildirib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG