Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

Ermənistan tərəfi atəşkəsi 155 dəfə pozub


Foto: arxiv

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 155 dəfə pozub.

Bu zaman qarşı tərəfin iriçaplı pulemyotlar və 60 millimetrlik minaatanlardan (cəmi 17 mərmi) istifadə etdiyi bildirlir.

Məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan rayonlarında Berdavan, Şavarşavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı, Kəmərli, Fərəhli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdəki mövqələri atəşə tutulub.

O cümlədən, Berd və Krasnoselsk rayonlarından da Azərbaycan hərbçilərinin Tovuz və Gədəbəydəki mövqeləri hədəf seçilib, nazirlik bildirib.
Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG