Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Ermənistan müxalifəti yenə Yerevanda etiraz aksiyasına çıxdı


Ermənistanda müxalifət tərərfdarlarının etiraz aksiyası. Yerevan. 6 iyun, 2022.
Ermənistanda müxalifət tərərfdarlarının etiraz aksiyası. Yerevan. 6 iyun, 2022.

Avropa birliyinin ofisi qarşısına toplaşan etirazçılar, bu dəfə Brüsseldən Ermənistan polisinin hərəkətinə qiymət verilməsini tələb ediblər.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları iyunun 6-da Yerevanda Avropa Birliyinin ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, aksiyaçılar Brüsseldən, ötən cümə-iyunun 6-da Yerevanda hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçılara qarşı zorakılığqlarına qiymət verilməsini istəyiblər.

Qeyd edək ki, həmin gün Yerevanda keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında qarşıdurma və toqquşma baş verib.

Hüquq-mühavizə orqanlarının məlumatına görə, iyunun 3-də paytaxt Yerevanda hökumətə məxsus bağ evlərinin ətrafında etirazçılar polis əməkdaşlarına daş, metaldəyənəklər, butulka və digər əşyalarla hücum edərək onlara qarşı zor tətbiq ediblər.

Səhiyyə Nazirliyi və İstintaq Komitəsinin məlumatına görə, Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən qarşıdurma nəticəsində 60 nəfər xəsarət alıb ki, onlardan 39-u polisdir.

Müxalifət isə əksinə zorakılığa görə polisi günahlandırır.

Baş Projurorluq baş verənlərlə bağlı istintaq aparılacağını bəyan edib.

Ermənistan müxalifəti bu dəfə aksiyaya prezident aparatının önündən başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Qeyd edək ki, Ermınistan müxalifəti aprelin sonunlarından baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirirlər.

Müxalifət Paşinyan hökumıtini Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana birtərəfli güzəştə getməyə hazırlaşmaqda günahlandırır.

Ermənistan hakimiyyəti isə ittihamları rədd edir, əksinə Azərbaycanla sülh danışıqlarında, o cümlədən yekun status məsələsində Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək niyyətində olduğunu bildirir.

Hakimiyyətin dediyinə görə, müxalifətin etiraz aksiyaları və tələbləri ölkə əhalisinin güniş təbəqəsi tərəfindən dəstəklənmir.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə və sonda atəşkəs bəyannamısi ilə 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xətti və Laçın dəhlizində isə Rusiya hərbçiləri yerləşdirilib.

Amma hələ ki, iki ölkə arasındakı sərhədlər müəyyən edilməyib və kommunikasiya-nəqliyyat əlaqələri bərpa olunmayıb.

XS
SM
MD
LG