Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:57

Ermənistan parlamenti eynicinsli nikahların qadağını məsələsinə baxmadı


Anti-LGBT fəalları parlamentin binası qarşısında
Anti-LGBT fəalları parlamentin binası qarşısında

Ermənistan parlamenti eynicinsli nikahların qadağan edilməsinə dair məsələyə baxmaqdan imtina edib.

Noyabrın 12-də millət vəkillərinin əksəriyyəti müxalif Firavan Ermənistan Partiyası tərəfindən təklif edilmiş qanun layihəsi haqqında məsələyə baxmaqdan imtina edib.

Bu təklifin əleyhinə olan deputatlar deyiblər ki, ölkə konstitusiyasında nikahın “qadın və kişi arasında ittifaq” olduğunu təsbit edən müddəa var.

Qanun layihəsinin həmmüəliflərindən biri, əvvəllər anti-LGBT bəyanatları ilə məşhur olan millət vəkili Gevork Petrosian tələb edib ki, deputatlar sadəcə olaraq mövcud Ailə Məcəlləsinə eynicinsli və transgender nikahları qadağan edən müddəa daxil etsinlər.

Deputatlar habelə Petrosian-ın Ailə Məcəlləsinə homoseksualların övladlığa götürməsini qadağan edən müddəanın əlavə olunması təklifini də rədd ediblər.

Petrosian öz təkliflərinin milli təhlükəsizlik məsələsi olduğunu deyib. O belə bir sual verib:

“Bu təşəbbüsün əleyhinə səs verənlər bunların öz ailələrində baş verməsini istərdilərmi?”

Onun bu replikasından qəzəblənən spiker Ararat Mirzoyan Petrosian-ı bu məsələni “şəxsiləşdirməməyə”“Roma papasından daha çox xristian olmamağa” çağırıb.

Hakim “Mənim addımım” alyansı bəyan edib ki, Ermənistanın hazırkı qanunvericiliyi müxalif deputatın qaldırdığı bütün məsələləri əhatə edir.

Homoseksuallar arasında nikah məsələsindən narahatlığın yaranmasına səbəb Ermənistanın imzaladığı Avropa Şurası Konvensiyasının qarşıdan gələn ratifikasiyasıdır.

Mühafizəkarlar ehtiyat edirlər ki, bu konvensiyanın ratifikasiyası eynicinsli nikahlara yol aça bilər.

İstanbul Konvensiyası kimi tanınan bu sənəd 2011-ci ildə imzalanıb və şura üzvü olan ölkələrdən qadınlara qarşı zorakılıqla mübarizə aparmağı tələb edir.

Bəzi millət vəkilləri bu Konvensiyada cins məsələsinin geniş və yayğın qoyulmasından narahatdırlar.

Erməni Qriqoryan Kilsəsinin rəhbərliyi də Konvensiyanın ratifikasiya olunmasının əleyhinədir.

Ermənsitan hökuməti isə bəyan edir ki, Konvensiya konkret olaraq eynicinsli nikahları leqallaşdırmır.

Buna baxmayaraq Konvensiyanın ratifikasiyası gələn ilə saxlanıb.

XS
SM
MD
LG