Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:37

Ermənistan hökuməti əsgər meyitlərinə görə üzrxahlıq edir


Anait Avanesyan
Anait Avanesyan

Ermənistan hökumətində səhiyyə nazirinin səlahiyyətlərini icra edən Anait Avanesyan Tibbi Ekspertiza Mərkəzinin Abovyan filialında həlak olmuş əsgər meyitlərinin və bədən hissələrinin saxlanması şəraitinə görə onların valideynlərindən və qohumlarından üzr istəyib:

“Mənim səhlənkarlığım onda olub ki, meyit və qalıqların bir neçə dəfə yerdəyişməsindən sonra saxlanma yerlərinə şəxsən baş çəkərək onların hansı şəraitdə saxlanması ilə maraqlanmamışam”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səhiyyə nazirinin əvəzi bunları iyunun 1-də özünün Facebook səhifəsində yazıb.

Nazir əvəzi bunu da bildirir ki, ötən il ərzində Tibbi Ekspertiza Mərkəzi meyitlərin identifikasiyası üçün mümkün olan bütün işləri görüb.

Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilirdi ki, meyitlərin saxlanması şəraiti ilə bağlı sənədləşdirilmiş faktlar xidməti qaydada araşdırılacaq.

Bu barədə xanım Avanesyan da yazıb:

“Bir daha qeyd etməyi lazım bilirəm ki, nazirlik daim şəffaf işləməyə çalışıb və həlak olanların qohumları ilə əlaqədə olub. Bugün də Tibbi Ekspertiza Mərkəzi meyit və qalıqların identifikasiyasına dair son nəticələri dərc edəcək. Qeyd edək ki, morqlarda saxlanan meyitlər və qalırqlar artıq ekspertizadan keçirilib və bu barədə məlumat onların qohumları üçün daim açıq olub”.

Morqda çəkilən fotolar

Azatutyun xatırladır ki, mayın 31-də Telegram-kanallarda Abovyandakı morqda çəkilmiş fotoşəkillər paylaşılmışdı.

Bu fotolarda ağ kisələrə salınmış meyitlərin zirzəmi döşəməsində üst-üstə qalaqlandığı görünürdü.

Səhiyyə Nazirliyi fotoların Abovyan meyitxanasında çəkildiyini təsdiqləyib və bildirib ki, identifikasiya edilmiş meyitləri oradan qohumları götürməlidirlər.

Nazirlik bunu da bildirir ki, meyitlər və qalıqlar mərkəzin termoizolyasiya olunmuş zirzəmisində müvəqqəti saxlanır və bu da “saxlanmanın peşəkar tələblərinə” tamamilə uyğundur.

İtkin əsgərlərin qohumları bu yaxınlarda etiraz aksiyası keçirdikdən sonra meyitlər və qalıqlar morqun soyuducu hissəsinə köçürülüb.

İyunun 1-də bu da məlum olub ki, baş nazir əvəzi Nikol Paşinyan hərbçi meyitlərinin və qalıqlarının saxlanması şəraiti ilə bağlı xidməti təhqiqatın keçirilməsinə sərəncam verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG