Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Ermənistanı dəstəkləyən Fransa vasitəçilik edə bilərmi? (VIDEO)


Emmanuel Macron (solda) və Nikol Paşinyan Yelisey sarayında (Arxiv fotosu)
Emmanuel Macron (solda) və Nikol Paşinyan Yelisey sarayında (Arxiv fotosu)

Son günlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi, bu qrupda Fransanın rolu yenidən gündəmdədir.

Prezident İlham Əliyev oktyabrın 5-də TRT-yə müsahibəsində deyib ki, həmsədr ölkə olan Fransa tərəfkeşlik edir. O, Fransanın prezidenti Emmanuel Makronun Azərbaycana əsassız ittihamlar irəli sürdüyünü deyib.

France24 telekanalının sentyabrın 30-da yaydığı xəbərinə görə, Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransanın prezidenti Emmanuel Makron bildirib ki, Fransa Türkiyənin hərbi bəyanatlarından çox narahatdır, çünki bu, Qarabağı yenidən geri qaytarmaq üçün Azərbaycanın əl-qolunu açır. O, Ermənistan və ermənilərə müraciət edib ki, “əmin olun, Fransa öz rolunu oynayacaq”.

Buna cavab olaraq president Ilham Əliyev TRT telekanalına müsahibəsində Makrona etiraz edib:

“Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər.”

Fransalı deputat:"Minsk qrupunda qalaq"
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Fransızlar nə düşünürlər

Bəs Fransa ictimaiyyəti Azərbaycanın mövqeyi haqda nə düşünür?

Avropa Parlamentinin Fransadan olan üzvü Bernard Guetta AzadlıqRadiosuna müsahibəsində, öz prezidentinin mövqeyini müdafiə edib:

“Mən bilmirəm Makron belə bir söz deyibmi. Amma təsəvvür edirəm ki, o, niyə belə deyib. Çünki bu, çox məntiqli bir məqamdır. Əgər Azərbaycan Qarabağı yenidən fəth etmək istəyirsə, bu, uzun və dəhşətli müharibə olacaq. Heç kim bunu arzulamır. Hər kəs uğurlu bir danışıqlar prosesi arzulayır”.

Azərbaycan rəsmiləri isə bildirirlər ki, ABŞ, Rusiya və Fransanın da həmsədr olduğu Minsk qrupu çərçivəsində 30 ilə yaxındır ki, aparılan sülh danışıqları heç bir nəticə vermədiyi üçün Azərbaycan öz gücü hesabına BMT qətnamələrini icra etməyə və hərbi gücdən istifadə etməyə məcbur qalıb.

Fransalı deputat Bernard Guetta hesab edir ki, Fransa hələ də həmsədr olaraq qala bilər:

“Fransada ermənilərə böyük simpatiya var. Çünki onlar bir əsr əvvəl soyqırım qurbanı olublar. Türkiyə tərəfindən. Bu soyqırımı Türkiyə heç vaxt tanımayıb…”

Ermənistan I Dünya Müharibəsində Osmanlı İmperiyası ərazisində “erməni soyqırımının” törədildiyini desə də, Ankara bunu inkar edir, həmin dövrdə ermənilər qədər türklərin də vətəndaş qarşıdurmasında öldürüldüklərini bildirir.

Fransa sülh danışıqlarından uzaqlaşdırıla bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Tərəkeş tərəf vasitəçi ola bilərmi?

Siyasi şərhçi Hikmət Hacızadə isə deyir ki, Makronun bəyanatlarından sonra Azərbaycan tərəfi öz etirazında haqlıdır:

“Bizim Xarici İşlər Nazirliyimiz Makronun çıxışlarına notalar, etirazlar göndərməlidir. Deməlidir ki, onun belə tərəfli mövqeyi Minsk Qrupunun üzvü kimi çıxışına qadağa qoyur. Əgər o belə tərəf saxlayırsa, Minsk Qrupundan çıxsın, biz onu qəbul etmirik”.

Azərbaycan tərəfi hazırda Türkiyənin danışıqlara cəlb edilməsini istəyir.

Sentyabrın 27-dən Qarabağda, Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi münaqişə yenidən alovlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG