Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Ermənistanda müxalifət liderinin toxunulmazlığı ləğv olundu (VIDEO)


 Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukian
Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukian

Ermənistanda millət vəkilləri ölkənin əsas müxalifət partiyası liderinin deputat toxunulmazlığının ləğvinə səs veriblər.

Parlamentin bu qərarı Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukianın həbsinə və mühakiməsinə yol açır.

Ermənistan Milli Məclisi iyunun 16-da baş prokurorun Tsarukiana qarşı vəsatətini dəstəkləyib.

Tsarukian və onun partiyadaşları bunu iqtidar partiyasının çoxluğa malik olduğu məclisin siyasi addımı adlandırıblar.

İyunun 16-da keçirilən iki ayrıca səsvermədə baş nazir Pashinian-ın Mənim Addımım alyansının 87 millət vəkili baş prokurorun vəsatətini dəstəkləyib.

Parlamentdə olanlardan heç kəs bu qərarın əleyhinə səs verməyib.

Çiçəklənən Ermənistan və Parlaq Ermənistan fraksiyaları səsvermədə iştirak etməyiblər.

Parlamentə müraciət edən Tsarukian deyib ki, onu baş nazir Nikol Pashinian-ın hökumətinin istefasına çağırdığına görə cəzalandırırlar.

O hökumətin koronavirus pandemiyası ilə bağlı yarıtmaz fəaliyyəti ilə bağlı ittihamlarını bir daha təkrar edib.

Sessiyanın davam etdiyi bir vaxtda Tsarukianın bir neçə tərəfdarı parlament bunasının qarşısında etiraz aksiyası keçirirdi.

Onlar karantin rejimini pozduqlarına və kütləvi aksiya keçirdiklərinə görə polis tərəfindən saxlanıblar.

Ermənistanda müxalif partiyanın 250-dən çox tərəfdarı saxlanıb
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Səslərin pulla alınması ittihamı

Baş prokuror Artak Davtianın ittihamında deyilir ki, Tsarukian 2017-ci ildə keçirilən parlament seçkisinə 17 min seçicini gətirən qrup yaradıb və ona başçılıq edib.

Davtian deyib ki, Geqarkunik vilayətindən olan seçicilərin hər birinə Pashinian-ın alyansının əleyhinə səs vermələri üçün 10 min dram (21 dollar) rüşvət ödənib.

Baş prokuror deyib ki, onun bu ittihamları ölkə Milli Təhlükəsizlik Xidmətinin topladığı sənəd və ifadələrlə təsdiq olunur.

Baş prokuror Artur Davtian Milli Məclisdə
Baş prokuror Artur Davtian Milli Məclisdə

Ayrıca olaraq MTX zəngin biznesmen Tsarukian barəsində iki cinayət işi açıb.

MTX Tsarukiana aid şirkətləri dələduzluqda ittiham edir. Bundan əvvəl, iyunun 14-də biznesmenin Yerevan ətrafındakı villasına reyd keçirilib.

Tsarukian 8 saat ərzində xəfiyyələr tərəfindən dindirilib.

Çiçəklənən Ermənistan partiyası Pashinian 2018-ci ilin mayında hakimiyyətə gələndə onun hökumətinə qoşulmuşdu, lakin bu partiyadan olan nazirlər elə həmin ilin oktyabrında vəzifələrindən xaric ediliblər.

Çiçəklənən Ermənistan Partiyası 2018-ci ilin dekabrında keçirilən növbədənkənar seçkidə ikinci olmuş və 132 mandatlı parlamentdə 26 mandat əldə etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG