Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 05:50

Azərbaycana əsirlikdən 14 nəfərin gətirildiyi açıqlanıb


Dilqəm Əsgərov və Şahbaz Quliyev və
Dilqəm Əsgərov və Şahbaz Quliyev və

Dünən, oktyabrın 14-də əsirlikdən 14 şəxsin Azərbaycana gətirildiyi bildirilir.

Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Onların siyahısı da dərc edilib. Komissiya dekabrın 14-də ancaq Şahbaz QuliyevDilqəm Əsgərovun Bakıya gətirildiyini açıqlamışdı. Siyahıya bunlar daxildir:

1. Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu

2. Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu

3. Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu

4. Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu

5. Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu

6. Əliyev Anar Hidayət oğlu, 28.06.1992, hərbi qulluqçu

7. Əlizadə Nurlan Mehman oğlu, 02.01.1992, hərbi qulluqçu

8. Həmidov Nahid Yaşar oğlu, 05.01.1991, hərbi qulluqçu

9. Kərimov Bayram Yaşar oğlu, 03.02.1992, hərbi qulluqçu

10. Musayev Amin Alim oğlu, 04.07.1994, hərbi qulluqçu

11. Vəliyev Vəliəhəd Şakir oğlu, 05.03.1998, hərbi qulluqçu

12. Yolçuyev Nurəddin Bəxtiyar oğlu, 14.10.1998, hərbi qulluqçu

13. Quliyev Şahbaz Cəlal oğlu, 09.05.1968, mülki şəxs

14. Əsgərov Dilqəm Qardaşxan oğlu, 30.09.1960, mülki şəxs

"Hazırda adları qeyd edilən hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar", - komissiya bildirir.

Erməni əsirlər Yerevan aeroportunda
Erməni əsirlər Yerevan aeroportunda

Ermənistana 44 əsir verildi

Dekabrın 14-dən 15-ə keçən gecə Bakı və Yerevan arasında əsirlərin dəyişdirilməsinə başlanıb.

Əsir mübadiləsi Rusiya sülhməramlı missiyasının vasitəçiliyi ilə həyata keçirilir.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib ki, Azərbaycandan Ermənistan tərəfinə 44 əsir verilib.

Avinyan özünün Facebook səhifəsində yazıb ki, Ermənistana qaytarılan əsirlər adları Qırmızı Xaç Komitəsinin siyahısında olanlardır.

"Azatutyun" xəbər verir ki, əsirləri hava limanında qarşılayanlar arasında Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan da olub. O bildirib ki, hazırda həkimlər keçmiş əsirlərin müayinəsi ilə məşğuldurlar.

İlham Əliyev Xankəndində «məhkəmə»si gedən azərbaycanlı girovları azad etməyə çağırır
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Dilqəm Əsgərov və Şahbaz Quliyev kimdir

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Kəlbəcərdə Ermənistan əsgərlərinə girov düşdükləri bildirilirdi. Onda Azərbaycan vətəndaşı Həsən Həsənovun isə güllələnərək öldürüldüyü açıqlanıb.

D.Əsgərov və Ş.Quliyev əslən Kəlbəcər rayonundandırlar. H.Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində məhkəmə keçirilmişdi. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onlar Kəlbəcərə (həmin vaxt işğal altında idi – red.) ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildirmişdilər.

İkinci Qarabağ müharibəsi başlanandan sonra onların Ermənistana aparıldığı deyilirdi.

Xatırlama

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənəddə əsir və meyitlərin qaytarilması məsələləri də yer alıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG