Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:06

Yerevan Azərbaycan hökumətinin Pashinian-ı ‘başa düşmədiyini’ deyir


Ermənistan Xarici İşlər Nazirliyi
Ermənistan Xarici İşlər Nazirliyi

Ermənistan Xarici İşlər Nazirliyi avqustun 6-da Azərbaycan Xarici İşlər Nazirliyinin baş nazir Nikol Pashinian-ın Dağlıq Qarabağda etdiyi çıxışdakı bir sıra məqamları pisləyən bəyanatına cavab verib.

Bəyanatda Azərbaycan tərəfinin ümumiyyətlə Qarabağ tənzimləməsindəki “mövqeyi” kəskin olunur.

Ermənistan XİN Azərbaycan tərəfinin bəyanatındakı “şəxsi müstəvidə hücumu” pisləyir və bildirir ki, bu, ümumilikdə “Erməni xalqına qarşı dözümsüzlüyü” nümayiş etdirir.

Erməni tərəfinin bəyanatında habelə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ separatçıları ilə birbaşa dialoqa girməkdən “qəti şəkildə imtina etməsi” pislənir.

Bəyanatda daha sonra “Azərbaycan hakimiyyətinin baş nazir Nikol Pashinian-ın avqustun 5-də etdiyi nitqin mətn və məzmununu başa düşmək iqtidarında olmamasından təəssüf” ifadə edilir və bildirilir ki, Ermənistan baş nazirinin çıxışında söhbət “Ermənistan, Artsax (Qarabağ) və diasporanın birliyinin, həmrəyliyinin, inkişaf və firvanalığının təşviqi üçün panerməni gündəliyindən” gedirdi.

Bəyanatda bu da xatırladılır ki, Nikol Pashinian-ın fikrincə Dağlıq Qarabağ münaqişəsinin hər hansı həll variantı “Artsax (Qarabağ), Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır”.

Bəyanatın sonunda deyilir ki Ermənistanın münaqişənin yalnız sülh yolu ilə həllinə yönəlik mövqeyi dəyişməz olaraq qalır.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin Dağlıq Qarabağda etdiyi çıxışı kəskin tənqid etmişdi. Bəyanatda deyilirdi:

“Bəyanatının, əsasən, daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir”.

Azərbaycan XİN bildirirdi ki, “belə bəyanatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə açıq ziddiyyət təşkil edir”.

Bəyanatda daha sonra deyilirdi:

“Bu, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu”.

Xatırlatma

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib.

N.Paşinyan Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb.

Pashinian çıxışında bir neçə dəfə Ermənistan və Dağlıq Qarabağ əhalisi daxil olmaqla, erməni xalqı arasında birliyin vacibliyini vurğulayıb, bunu panerməni məqsədlərin gerçəkləşdirilməsindən ötrü vacib adlandırıb:

“Əminəm ki, çoxlarınızı mənim niyə Artsax (Qarabağ) barəsində heç nə deməməyim narahat edir. Cavab sadədir: Artsax Ermənistandır. Nöqtə.”

XS
SM
MD
LG