Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:13

Ermənistan Rusiya bazasının Azərbaycana yaxınlaşdırılmasını istəyir


Rusiyanın Ermənistandakı bazası

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RIA Novosti agentliyinə müsahibəsində deyib ki, erməni tərəfi Rusiyanın bu ölkədəki 102 nömrəli hərbi bazasının genişləndirilməsində və gücləndirilməsində maraqlıdır.

Nazir habelə Gümrüdəki bazanın müəyyən bölmələrinin ölkənin şərq sərhədində yerləşdirilməsinin məqsədəuyğunluğundan danışıb.

Arutyunyan deyib ki, Ermənistan keçmiş sovet respublikalarının arasında sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunan yeganə dövlətdir.

Nazir bildirib ki, Qarabağ müharibəsinə qədər Ermənistandakı Rusiya sərhədçiləri yalnız MDB sərhədlərini mühafizə edirdilər:

“Bugün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Rusiya sərhədçilərinin üzərinə əlavə olaraq Ermənistan Respublikasının Azərbaycanla sərhədinin mühafizəsi vəzifəsi qoyulub”.

Qarabağdakı rejim separatçılığın 33 ilini qeyd edir...
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Ermənistan separatçı rejimin qarantı olaraq qalır?

Vaqarşak Arutyunyan deyib ki, Rusiyanın Ermənistanadkı bazasının genişləndirilməsi məsələsi həmişə gündəlikdə olub.

Nazir deyib ki, Yerevan bu məsələdə həmişə maraqlı olub, çünki bu baza bütünlüklə Rusiya və Ermənistan birgə qoşunlarının tərkibinə daxildir.

Arutyunyanın sözlərinə görə Rusiya bazasının gücləndirilməsi ümumilikdə Qafqaz regionunda Rusiyanın hərbi mövcudiyyətini artıracaq.

Bununla belə, nazir bildirib ki, Yerevan ölkədə ikinci Rusiya bazasının yaradılmasında məna görmür.

O əlavə edib ki, Moskva və Yerevan arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsi yalnız bir hərbi bazanın yerləşdirilməsini nəzərdə tutur.

Arutyunyan bunu da bəyan edib ki, Ermənistan həmişə olduğu kimi “Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı” olaraq qalır.

O deyib ki, “biz bu missiyanı heç vaxt üzərimizdən atmayacağıq”.

Şərhlər

XS
SM
MD
LG