Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Ermənistan parlamenti Konstitusiya Məhkəməsinə dair dəyişiklikləri qəbul edir


Hakim Mənim addımım fraksiyasının deputatları
Hakim Mənim addımım fraksiyasının deputatları

Ermənistan parlamenti Konstitusiya Məhkəməsinə dair qanuna təklif olunmuş düzəlişləri birinci oxunuşda qəbul edib.

Bu düzəlişlər Konstitusiya Məhkəməsinin hakimlərini vəzifələrindən kənarlaşdırmaq imkanı yaradır və dolayısı ilə baş nazir Nikol Pashinian-ın ölkəyə nəzarətini artırmış olur.

İyunun 22-də keçirilən səsvermədə parlamentin hakim Mənim addımım fraksiyasının 89 deputatı qanun düzəlişlərini dəstəkləyib.

İki əsas müxalifət partiyası – Çiçəklənən Ermənistan və Parlaq Ermənistan partiyasından olan deputatlar səsverməni boykot ediblər.

Parlament sözü gedən dəyişiklilərin debatına ikinci oxunuş zamanı başlayacaq.

Hakimlər inadkarlıq edirlər

Ötən həftə hakim Mənim addımım bloku tərəfindən təklif edilmiş düzəlişlər Konstitusiya Məhkəməsinin 9 hakimindən 3-nü dərhal vəzifəsindən uzaqlaşdırmaq imkanı verir.

Bu düzələşlərə görə habelə məhkəmə özünə yeni sədr seçməli olacaq.

Pashinian hökuməti artıq bir il idi ki, Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasianın və daha 6 hakimin üzərinə ciddi təzyiq göstərirdi.

Baş nazir bu hakimləri ölkənin keçmiş hökumətinə bağlı olmaqda və islahatlara maneçilik törətməkdə ittiham edir. Konstitusiya Məhkəməsinin yeddi hakimi vəzifələrini tərk etməkdən boyun qaçırır.

Hrayr Tovmasian
Hrayr Tovmasian

Ömürlük hakimlik ləğv olunacaq

Tovmasian və müxalifət siyasətçiləri Pashinian-ın iddiaları rədd edir və bildirirlər ki, baş nazirin məqsədi Konstitusiya Məhkəməsi üzərində nəzarətə sahiblənməkdir.

Təklif edilən düzəlişlərə görə Konstitusiya Məhkəməsinin hakimləri maksimum 12 il müddətində səlahiyyətli ola bilərlər.

12 illik limit müddəası artıq 2018-ci ilin aprelindən qüvvədədir, amma hazırda hakim olanlara şamil edilməyib.

Dəyişikliklər layihəsi sözü gedən hakimlərin ömürlük bu vəzifədə qalmasını təmin edən maddəni ləğv etməlidir.

Venesiya Komissiyası təqdir edir, amma…

Dəyişiklilər qəbul edildiyi təqdirdə Konstitusiya Məhkəməsinin hələ 1990-cı illərdən xidmətdə olan üç hakimi dərhal istefaya getməli olacaq.

Daha iki hakim 2022-ci ilədək vəzifəsində qala biləcək. Tovmasian məhkəmənin üzvü olaraq qalsa da sədr vəsifəsini itirəcək.

İyunun 22-də açıqladığı rəydə Venesiya Komissiyası sözü gedən dəyişiklikləri alqışlayıb, lakin təəssüflə” bildirib ki, Konstitusiya Məhkəməsinin heyəti keçid dövrü üçün daha tədrici dəyişdirilə bilərdi.

Strasburqda mənzilənən komissiya habelə Tovmasianın sədr vəzifəsindən kənarlaşdırılmasına tələsməməyə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG