Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Paşinyanın seçki rəqiblərinin təqib olunduğu barədə iddialar səslənir


Robert Koçaryanın Haysatn blokunun seçkiqabağı mitinqində
Robert Koçaryanın Haysatn blokunun seçkiqabağı mitinqində

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, iyulun 8-də Milli Təhlükəszilik Xidmətinin formasında olan adamlar Qacaran şəhərinin meri Manvel Paramazyanın evində, ofisində və qarajında axtarış aparıblar.

Bu da xəbər verilir ki, daha sonra Paramazyan Yerevana aparılıb.

Azatutyun yazır ki, Milli Təhlükəsizlik Xidməti bu xəbərlərlə bağlı heç bir informasiya vermir.

Qacaran merinin vəkili Yervand Varosyan deyib ki, ona bu iş barədə heç nə məlum deyil.

O güman etdiyini bildirib ki, müştərisini hansısa “absurd qanunsuz torpaq alqı-satqısında” şübhəli bilirlər.

Varosyan söyləyib ki, onun fikrincə bütün bunlar “daha bir şounun düzəldilməsi üçün bəhanədir”.

"Qacaranda Koçaryan qalib gələndə məlum idi ki..."

Azatutyun yazır ki, Qacaran meri daha bir iş üzrə müttəhim qismində keçir. Bu ittihama əsasən Paramazyan onun “atasını vurduğuna görə və ya nüfuzunu göstərmək üçün” hansısa vətəndaşı oğurlayıb.

Vəkil deyib ki, bütün bunlar Qacaranda 20 iyun seçkisində Robert Koçaryanın Hayastan blokunun qalib gəlməsi ilə bağlıdır:

“Belə görünür ki, bu iş tam perspektivsizdir, buna görə də bu işlər davam etdiriləcək. Hayastan bloku Qacaranda ən çox səs qazanandan sonra bunlar bizim üçün gözlənilən idi”.

20 iyun seçkisində keçmiş prezident Robert Koçaryanın Hayastan bloku baş nazir əvəzi Nikol Paşinyanın əsas rəqibi idi.

'Türklər sərhədə məftil çəkib oturublar '- Erməni kəndlilər
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Seçki saxtakarlığı ittihamı

Azatutyun yazır ki, iyulun 8-də Gorusun meri Aruş Aruşanyan başqa bir iş üzrə şübhəli qismində dindirilib.

Aruşanyanın vəkili Erik Aleksanyan Azatutyuna hadisənin “siyasi təqib” olduğunu deyib.

Bu da xəbər verilir ki, Gorusda eyni iş üzrə müttəhim kimi Karaunc kəndinin icra nümayəndəsi Lusine Avetyan da keçir.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə Avetyan Karaunc kəndinin 5 sakininə sosial yardım adı ilə pul verib, daha sonra isə onları Hayastan blokunun təşviqat kampaniyasında iştirak etməyə və bu bloka səs verməyə məcbur edib.

Azatutyun xəbər verir ki, məhkəmə Lusine Avetyan barəsində həbs qətimkan tədbiri seçib.

Ermənistan mediası iddia edir ki, Avetyandan Gorusun merinə qarşı ifadə almaq istəyirlər.

Onun vəkili qismində qızı Marqarita Kazaryan çıxış edir. Kazaryan bildirib ki, ona iş barədə mediaya hər hansı açıqlama vermək qadağan olunub.

Hayastan blokunun tərəfdarları

Azatutyun yazır ki, parlament seçkisində Karaunc kəndinin başçısı Hayastan blokunun etimadlı nümayəndəsi olub, Gorus və Qacaranın merləri isə Hayastan blokundakı “Dirçələn Ermənistan” partiyasının idarə heyətinə daxildirlər.

Sözü gedən partiya iyulun 8-də yaydığı bəyanatda bildirib:

“Qanunçuluq prinsipi ilə heç bir əlaqəsi olmayan uydurma və əsassız hərəkətlər müstəsna olaraq siyasi təqibin təzahürüdür və opponentlərin susdurulmasına yönəlib”.

Partiya bildirir ki, baş verənlər “qondarma cinayət işlərinin yeni dalğasının” başlanmasından xəbər verir.

Azatutyun yazır ki, “Dirçələn Ermənistan” partiyasının lideri Zəngəzur Mis-Molibden Kombinatının direktorlar şurasının üzvüdür.

Bu kombinatın bir əməkdaşı artıq saxlanıb.

Azatutuyun yazır ki, sözü gedən bu hadisələr barədə heç bir rəsmi açqılama verilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG