Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Ermənistan müxalifəti məhkəməyə müraciət edir


Robert Koçaryan
Robert Koçaryan

İyulun 2-də yerli vaxtla axşam 6-da seçkinin nəticələrindən şikayətlər üçün vaxt bitir

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” müxalifət bloku Konstitusiya Məhkəməsindən ötənaykı parlament seçkisinin nəticələrinin ləğvini xahiş edir. Blok seçkidə müvəqqəti baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasına uduzub.

İyulun 2-də yerli vaxtla axşam 6-da seçkinin nəticələrindən şikayətlər üçün vaxt bitir.

20 iyun seçkisində Paşinyanın partiyası səslərin 54 faizini qazanıb. Koçaryanın bloku isə 22 faiz yığıb, səsvermədə saxtakarlığın olduğunu deyib, amma bunu əsaslandıracaq dəlil təqdim etməyib.

Seçkilər Ermənistanın ötən il 2-ci Qarabağ müharibəsində Azərbaycana uduzmasından sonra artan gərginlik fonunda keçirilib.

“Seçki rəqabətli keçib”

ATƏT-dən beynəlxalq müşahidəçilər seçkilərin rəqabətli keçdiyini, ümumilikdə yaxşı təşkil olunduğunu deyiblər.

ATƏT/DTİHB missiyasının başçısı Eoğan Mörfi ötən ay AzadAvropa/AzadlıqRadiosu-na deyirdi ki, seçkidə müşahidə olunan pozuntular və insidentlər seçkilərin etibarlılığına təsir göstərməyib.

“Seçki rəqabətli keçib. Adamlar azad kampaniya apara, namizədlər gedib tədbir keçirə biliblər”, – Mörfi vurğulayıb.

Paşinyan müxalifətin davamlı etirazlarından sonra vaxtından əvvəl seçki çağırdı.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Seçki kampaniyası zamanı emosional təhdidlər və təhqirlər seçkisonrası zorakılıqla bağlı əndişələr yaradıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG