Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Nikol Pashinian: ‘Ermənistan İran qazı üçün tranzit olmağa hazırdır’


İran prezidenti Hassan Rouhani (solda) Ermənistanın baş naziri Nikol Pashinian-ı fevralın 27-də Tehranda qəbul edib
İran prezidenti Hassan Rouhani (solda) Ermənistanın baş naziri Nikol Pashinian-ı fevralın 27-də Tehranda qəbul edib

Fevralın 27-də Tehranda İran prezidenti Hassan Rohani ilə görüşən Ermənistan baş naziri Nikol Pashinian deyib ki, “Ermənistan İran qazı üçün tranzit ölkə olmağa hazırdır”.

Rohani bildirib ki, İran Ermənistana nəql edilən qazın həcmlərini artıra bilər, lakin bu məsələdə münasib qiymətin müəyyənləşdirilməsi çox önəmlidir.

İran prezidenti əlavə edib ki, bu məsələ ilə bağlı iki ölkənin mütəxəssisləri daha səmərəli danışıqlar apara bilərlər.

Rohani bunu da bildirib ki, İran qazının nəqlinə üçtərəfli əməkdaşlıq qaydasında Gürcüstan da cəlb edilə bilər.

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə Rohani deyib ki, Tehran Ermənistanda “Şimal-Cənub” yol dəhlizinin tikintisində iştirak etməyə hazırdır.

Danışıqlar zamanı habelə Fars körfəzinin Ermənistan vasitəsilə Qara dənizlə əlqəndirilməsi məsələsi də müzakirə olunub.

Ermənistanın baş naziri və İran prezidenti iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıblar.

Nikol Pashinian bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı sədrliyi dövründə bu qurumla İran arasında azad ticarətə dair razılaşma qüvvəyə minəcək. Hazırda bu sənəd Avrasiya İttifaqına üzv ölkələrdə ratifikasiya prosesindən keçir.

Azatutyun yazır ki, iki nümayəndə heyətinin danışıqları zamanı İran-Ermənistan 3-cü elektrik xəttinin, habelə Mehri SES-in tikintisi məsələsi müzakirə olunub.

Bu Ermənsditan baş nazirinin İran İslam Respublikasına ilk səfəri idi. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsi rekord 363, 6 milyon dollara çatıb və bu, 2017-ci ilin göstəricisindən 40, 5 faiz çoxdur.

Fevralın 27-də Ermənistanın baş naziri Nikol Pashinian habelə İran Milli Məclisinin spikeri Ali Larijani və ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei ilə də görüşüb.

Azatutyun yazır ki, Nikol Pashinian Tehrandakı “Ararat” idman-mədəniyyət mərkəzinə baş çəkəcək və İranın erməni icması ilə görüşəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG