Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Baş Prokurorluq Kocharian-ın azad edilməsinə əsas görmür


Ermənistan Baş Prokurorluğu
Ermənistan Baş Prokurorluğu

Ermənistanın Baş Prokurorluğu bəyan edib ki, Konstitusiya Məhkəməsinin bugünlərdə dərc olunmuş qərarı keçmiş prezident Robert Kocharian-a qarşı cinayət işinə xitam verilməsi üçün əsas sayıla bilməz.

AzadlıqRadiosu Erməni xidmətinin xəbərində deyilir ki, Konsytitusiya Məhkəməsinin ötən həftə çıxardığı qərarda keçmiş prezidnet qarşı iki ittihamdan birinin əsassız olduğu bildirlirdi.

Söhbət Ermənistan Cinayət Məcəlləsinin xüsusi hallarda cinayət işinin açılmasını istisna edən 35-ci maddəsindən gedir.

Konstitusiya Məhkəməsinin qərarında bildirilirdi ki, Robert Kocharian-a qarşı cinayət işinin açılmasına əsas götürülmüş hərəkətlər onun prezident kimi səlahiyyətlərinin tələbindən doğurdu.

Robert Kocharian 2008-ci ilin 1 martında ölkənin Konstituiya quruluşunu devirməkdə ittiham olunur.

Ermənistan Baş Prokurorluğu bildirib ki, eks -prezidentin hərəkətlərinin qanuna uyğunluğu məsələsini yalnız müstəntiqlər və prokurorluq müəyyənləşdirə, məhkəmə isə qərar çıxara bilər. Başqa sözlərlə Konstituiya Məhkəməsinin keçmiş prezidentə bəraət vermək hüququ yoxdur.

Bununla yanaşı Kocharian-ın vəkili Ovannes Khodoyan prokurorluğu Konstitusiya Məhkəməsinin qərarını diqqətlə oxumağa və onu adda-budda şərh etməməyə çağırıb.

Lakin Baş Prokurorluq bildirib ki, Robert Kocharian-ın 2008-ci ilin martında yol verdiyi hərəkət onun prezident kimi statusundan qaynaqlanmırdı.

Kocharian həmin vaxt həmyerlisi, qarabağlı Serzh Sarkisian-ın hakimiyyətə gəlməsini təmin etmək məqsədilə fövqəladə vəziyyət elan etmiş və bundan sonra polislə toqquşmalarda 10 nəfər həlak olmuşdu.

Keçmiş prezident Robert Kocharian hazırda həbsxanadadır.

Xatırlatma

Kocharian 2008-ci il martın 1-də Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Mayın 20-də birinci instansiya məhkəməsi Kocharian-ın cinayət işinə xitam vermiş və işin konstitusiya baxımından legitimliyinə qiymət verilməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərmişdi.

Başqa sözlərlə, hakim Davit Grigorian keçmiş prezidentə qarşı konstitusiya quruluşuna qəsd ittihamının qanuniliyini şübhə altına almışdı.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian iyunun 25-də Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin, yəni sözü gedən hakim Grigorian-ınqərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG