Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:12

Ermənistan hərbi qulluqçusunun saxlandığı açıqlanıb 


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Bu gün, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistanın hərbi qulluqçusu Aro Xaykoviç Kazaryanın saxlandığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında saxlanan şəxsin fərari olduğu vurğulanır.

Rəsmi açıqlamaya görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, onun fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

“… A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki, mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür. Hazırda A.X. Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - nazirliyin açıqlamasında vurğulanır.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqelər tutub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG