Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Ermənistanın ədliyyə naziri Kocharian-a görə istefa verdi


 Artak Zeynalyan
Artak Zeynalyan

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan iyunun 7-də istefasını elan edib.

O nazir vəzifəsinə Ermənistanda 2018-ci ildə baş vermis “məxməri inqilabdan” sonra müxalifət lideri Nikol Pashinian tərəfindən təyin edilmişdi.

Bundan əvvəl, iyunun 7-də Yerevan məhkəməsi keçmiş prezident Robert Kocharian-ın mülkiyyətinə həbs qoyulmasının qanunsuz olduğu barədə qərar qəbul etmişdi.

Robert Kocharian 2008-ci ildə ölkənin konstitusiya quruluşunu devirməkdə və 3 milyon dollar rüşvət almaqda ittiham olunurdu.

2008-ci ildə Serzh Sarkisian-ın qalib gəldiyi prezident seçkisininin ardınca kütləvi etiraz aksiyaları başlanmışdı.

Bu etirazlar zamanı yer almış toqquşmalarda 8 nümayişçi və iki polis zabiti həlak olmuş, 200 nəfər xəsarət almışdı.

Ermənistanda bir çoxları bu qənaətdədirlər ki, adamlara atəş açılmasına məhz Robert Kocharian əmr verib.

2018-ci ildə hakimiyyətə etiraz dalğasında gəlmiş Nikol Pashinian “1 mart işinin” açılmasının mühüm olduğunu bildirib.

Kocharian 2018-ci ilin iyulunda Yerevan məhkəməsinin hökmü ilə həbs olunub.

İttihamnamədə deyilir ki, Ermənistan prezidentinin postunu tutan Kocharian başqa şəxslərin cinayətkar iştirakı ilə “konstitusiya quruluşunu devirib”.

Bu sənəddə “başqa şəxslərin” Ermənistan Silahlı Qüvvələri baş qərargahının rəisi Seyran Ohanian-ın, Kollektiv Təhlkəsizlik Müqaviləsi Təşkilatının keçmiş rəhbəti və Ermənistan müdafiə nazirinin keçmiş müavini Yury Khachaturov və Ermənistan prezidenti apparatının keçmiş rəhbəri Armen Gevorkian olduğu qeyd olunur.

İkinci ittiham aktına görə Kocharian biznesmen Silva Ambartsumyandan 3 milyon dollar rüşvət alıb. O bu pulun müqabilində biznesmenə dağ-mədən işləri üçün lisenziya verməli idi.

Haqqında iki ittihamın olmasına baxmayaraq mayın 18-də Yerevan məhkəməsi Kocharian-ın həbsdən azad olunması barədə hökm çıxarıb.

Bundan iki gün sonra, mayın 20-də Kocharian-a və başqa vəzifəli şəxslərə dair cinayət işlərinə xitam verilib və bu iş Konstitusiya Məhkəməsinə göndərilib.

İyunun 7-də mülkiyyətinə qoyulmuş həbsi ləğv edən məhkəmə qərarı keçmiş prezidentin daha bir qələbəsi olub.

Bunun ardınca Pashinian öz tərəfdarlarını məhkəmələrin girişini bloklamağa çağırmışdı.

O Kocharian-ın işinə baxan hakimləri tənqid etmiş və onun təkrar həbs edilməsinə çağırmışdı.

Baş nazir Nikol Pashinian habelə məhkəmələrin ciddi islahata ehtiyacı olduğunu demişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG