Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 05:33

Ermənilərin katolikosu II Qaregin Qarabağa gəlib


II Qaregin
II Qaregin

İyunun 4-də bütün ermənilərin katolikosu II Qaregin Qarabağa gəlib.

Eçmiadzinin mətbuat xidməti xəbər verir ki, katolikos Xankəndidə şəhər memorialına baş çəkib, müharibədə həlak olanların abidəsinə əklil qoyub və dualar edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, o səfər zamanı habelə Xocavənd rayonundakı Amaras və Kəlbəcər rayonundakı Gəncəsər monastır komplekslərinə gedəcək.

Katolikos bazar günü – iyunun 6-da Xankəndidəki müqəddəs Məryəm kilsəsində ibadət mərasimi keçirəcək.

Xəbər verilir ki, II Qareginin Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla da görüşü nəzərdə tutulub.

Katolikos bundan əvvəl Sünik vilayətində olub.

Ermənilərin katolikosu Sünikə gedib

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın sünik vilayətinə səfərə yollanıb. Bu haqda Eçmiadszin dəftərxanası məlumat yayıb.

Sünik səfəri zamanı Gorusda Surb Qriqor Lusaroviç kilsəsində dini xidmət həyata keçiriləcək.

Katolikos həmçinin hərbi panteonu ziyarət edəcək, müharibədə həlak olmuş hərbçilərin ruhuna dua oxuyacaq.

Onun daha sonra Şurnux kəndinə gedəcəyi gözlənir. Ötənilki 2-ci Qarabağ müharibəsindən sonra bu kəndin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb.

Katolikosun Qarabağa da gedəcəyi bildirilir.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Laçın dəhlizinə, eləcə də Qarabağın içində qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG