Azərbaycan fevralın 16-da Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə daha 106 meyiti Erməni tərəfinə verib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağ separatçılarına istinadən bildirir ki, bunlar 44 günlük müharibədə həlak olmuş hərbçilərin meyitləridir.
Bu da xəbər verilir ki, müharibə qurbanlarının və sağ qala biləcək şəxslərin axtarışı davam edir.
Separatçıların lideri Araik Arutyunyan Facebook səhifəsində yazır ki, Dağlıq Qarabağda habelə 1990-cı illərdə həlak olanların qalıqlarının axtarışına başlanıb.
Şərhlər
Daha çox şərh göstər