Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Erməni tərəfi meyitlərin axtarışını davam etdirir


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarının ərazisində erməni hərbçilərin meyitlərinin axtarışı davam etdirilir.

Xəbər verilir ki, dekabrın 11-də Füzulu və Cəbrayıl rayonlarında axtarış işlərini erməni tərəfinin ümumilikdə dörd dəstəsi davam etdirib.

Dekabrın 10-da Ağdərə rayonu istiqamətində bir meyitin, Cəbrayıl istiqamətində isə 20 meyitin aşkar olunduğu xəbər verilir.

Erməni tərəfi axtarışların bütün istiqamətlərdə aparıldığını bildirir.

Axtarış bölgələrinə Şuşa şəhəri, Xocavənd, Ağdərə, Talış, Suqovuşan, habelə Laçın rayonları daxildir.

Azatutyun rəsmilərə istinadən yazır ki, hələ də övladlarından xəbər ala bilməyən çox sayda valideyn var.

DNT nümunələri

Xəbərdə deyilir ki, meyitlərin axtarışının təşkilində danışıq tərəfləri kimi Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlıları və Azərbaycan ordusu çıxış edir.

Erməni tərəfi bildirir ki, əldə olunmuş razılaşmaya görə axtarışda itkinlərin valideynləri də iştirak edə bilərlər.

Ermənistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə indiyədək tibb-məhkəmə ekspertizasından 2996 meyit keçirilib.

Bu da qeyd olunur ki, meyitlərin tanınması üçün həlak olanların qohumlarından 1816 DNT nümunəsi götürülüb.

İndiyədək 302 meyiti identifikasiya etmək mümkün olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG