Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:05

Erməni könüllülər pulsuz maska kampaniyasına başlayıblar


Könüllülər
Könüllülər

Ermənistanda koronavirusa yoluxmaların artdığı bir vaxtda karantinə bağlanmış Eçmiadzin şəhərində Armen Abrahamian adlı bir vətəndaş video vasitəsilə həmvətənlərinə müraciət edub:

“Təsəvvür edin ki, bu müharibədir. Müharibə şəraitində öz mənfəəti üçün güllə satmaq qəbuledilməzdir. Koronavirus pandemiyası da belədir. Tibb maskalarının mənfəət naminə satılması tamamilə yanlışdır”.

Bu çağırışın ardınca o deyib ki, maskaların hazırlanması üçün könüllülər, materiallar toplayır və emalatxana axtarır.

Maskaların hazırlandığı emalatxana
Maskaların hazırlandığı emalatxana

Armen bildirir ki, o bu elanı verməzdən bir neçə gün əvvəl xəstəxanadakı arvadına baş çəkəndə orada tibb heyətinin maskasız olması onu dəhşətə gətirib.

Tibb bacılarından biri Armenə deyib ki, hazırda Ermənistanda maska tapmaq qeyri-mümkündür.

Onu təşəbbüsə sövq edən də məhz bu epizod olub.

Armen özündən başlayıb. Əvvəlcə 100 metrlik bir top bez alıb. Bundan sonra onun ailəsi və qohumları tibb maskaları tikməyə başlayıblar.

Armenin qardaşı Khachatur AzadlıqRadiosuna deyib ki, onlar hazırladıqları maskaları Eçmiadzin boyunca xəstəxanalara, mağazalara, hətta yol polisinə pulsuz paylayırlar.

Taksi sürücülüyü edən Khachatur bildirir ki, Ermənistanın apteklərində maskalar bir xeyli əvvəl qurtarıb. Odur ki, indi maskanı yalnız əldən, amma 1000 drama (2 dollara) almaq olur. Bu isə maskanın öz qiymətindən 50 dəfə bahadır.

O bildirir ki, könüllülər kampaniya ərzində, yəni cəmi dörd gündə 4 min pulsuz maska paylayıblar.

Digər tərəfdən könüllü ordusu da genişlənir. İndi bu təşəbbüsə 45 nəfər qoşulub.

Armen deyir ki, onların hazırda bu işi davam etdirmək üçün kifayət qədər materialı var. Onlara tikiş maşını bağışlayan da olub. İndi daha bir sterilləşdirmə dəzgahı axtarırlar.

Khachatur bildirir ki, əlbəttə, hamını bu qorxulu virusdan qorumaq mümkün olmayacaq, amma xəstələnəcək insanların sayını azaltmaq mümkündür.

Martın 17-ə olan məlumata görə Ermənistanda indiyədək 64 yoluxma qeydə alınıb. Bunlardan 38-i ölkənin həm də dini mərkəzi və ziyarətgahı olan Eçmiadzinlə bağlıdır.

Martın 16-dan Ermənistanda fövqəladə vəziyyət elan olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG