Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 23:48

Erməni itkin və əsirlərin yaxınları yolları bağlayıblar (VIDEO)


Armenia-Protest in Shirak region,10Feb,2021
Armenia-Protest in Shirak region,10Feb,2021

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, əsirlərin və itkinlərin yaxınları fevralın 10-da Gümrü-Yerevan və Gümrü-Armavir yolunun müxtəlif sektorlarını bağlayıblar.

Onlar bu aksiya ilə hakimiyyət orqanlarına öz narazılıqlarını bildirməyə çalışıblar.

Şirak vilayətinin sakinləri bildiriblər ki, onlar ərazini gecə də tərk etməyəcəklər.

Ermənistan ordusunun Qarabağ müharibəsində döyüşən əsgərlərinin əksəriyyəti bu vilayətdən idilər.

10 noyabrdan sonra əsir düşənlər

Hazırda Azərbaycanda əsir olan 62 erməni əsgərin məhz bu vilayətdən olduğu bildirilir.

Onlar Dağlıq Qarabağ ərazisində 10 noyabr razılaşmasından sonra əsir düşüblər.

Məhz buna görə də Azərbaycan tərəfi onların əsl hərbi əsir olmadıqlarını bildirir.

Azatutyun fevralın 10-da xəbər verib ki, bu əsirlərdən indiyədək yalnız 7-i Ermənistana qaytarılıb.

Ermənistana daha 5 əsir qaytarıldı
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Övladlarının dünən qaytarılacağını gözləyirdilər

Bu da xəbər verilir ki, aksiyaçılar etirazın videoaya çəkilməsinə icazə vermir və jurnalistlərlə danışmaqdan imtina edirlər.

Onların fikrincə bu, itkin düşən və əsirlikdə olanların ziyanına işləyə bilər.

Azatutyun bilidirir ki, sözü gedən yollarda artıq böyük tıxaclar yaranıb.

Reportajlarda deyilir ki, etirazçıların əksəriyyəti fevralın 9-da Azərbaycandan qaytarılan əsirlərin arasında övladlarının da olacağını gözləyirdilər.

10 noyabr razılaşmasından sonra Hadrut rayonunun Çaylaqqala kəndi yaxınlığında 62 şiraklı əsgər Azərbaycan tərəfinə əsir düşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG