Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:09

Erdoğanla Trump əməkdaşlıq və regiondakı vəziyyətlə bağlı danışıblar


Recep Tayyip Erdogan və Donald Trump, Vashington, 13 noyabr 2019

Türkiyə və Amerika Birləşmiş Ştatları prezidentləri şənbə günü telefonla danışıblar. ABŞ prezident administrasiyasının yaydığı məlumata görə, prezidentlər pandemiyadan sonrakı dövrdə dünya iqtisadiyyatının vəziyyətini müzakirə ediblər.

Məlumata görə, danışıqlar zamanı Trump yenidən Liviyadakı vətəndaş müharibəsi ilə bağlı məsələyə toxunub, o tezliklə regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Bundan başqa prezidentlər Suriyadakı münaqişənin də siyasi tənzimlənməsinin vacib olduğunu bildiriblər.

Türkiyə prezident administrasiyasının məlumatında isə qeyd olur ki, Trump və Ərdoğan iki ölkə arasında yaxın hərbi və siyasi əməkdaşlığı davam etdirməyə və o cümlədən Aralıq dənizinin şərqində sabitliyə nail olmağa hazır olduqlarını ifadə ediblər.

Beynəlxalq aləmin və o cümlədən Türkiyənin dəstəklədiyi Liviya hökuməti son həftə Xəlifə Haftarın rəhbərlik etdiyi hərbi qüvvələrə qarşı döyüşlərdə uğurlar əldə edib.

XS
SM
MD
LG