Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:53

Erdoğan: Quruluş dəyişmir, respublikanı qoruyacağıq


Tayyip Erdogan, 8 fevral 2017

Türkiyə prezidenti Recep Tayyip Erdoğan aprelin 16-da keçiriləcək referendumla bağlı bildirib ki, ölkədə quruluş dəyişməyəcək:

"1923-cü ildə elan etdiyimiz respublikanı qoruyacağıq. Türkiyə illərdir axtardığı münasib hakimiyyət sisteminə qovuşacaq. Bu sistemin adı prezidentli hökumət sistemidir".

Aprelin 16-da Türkiyədə Konstitusiyaya dəyişikliklərə bağlı referendum keçiriləcək. Əsas dəyişikliklərdən biri Türkiyənin parlament idarəçiliyindən respublika idarəçiliyinə keçməsiylə bağlıdır.

Müxalifət xalqı referenduma "yox", hakimiyyət "hə" deməyə çağırır.

XS
SM
MD
LG