Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

Erdoğan terrora qarşı qlobal ittifaq təklif edir


Türkiyə prezidenti Recep Tayyip Erdogan
Türkiyə prezidenti Recep Tayyip Erdogan

-

«Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq».

APA-nın xəbərinə görə, bunu aprelin 26-da, Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib.

Erdoğan qeyd edib ki, dini və etnik qarşıdurmalara son qoyulmalıdır: «Dini və etnik qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır».

«BİZİM DİNDƏ TERRORA YER YOXDUR»

Türkiyə prezidenti deyib ki, terrorun, terror təşkilatlarının dini, vətəni yoxdur: «Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin «Allahu-Əkbər», öldürənin də «Allahu-Əkbər» dediyi bir anlayış ola bilərmi?!».

«DÖVLƏT TERRORUNA YOL VERƏNLƏRİN AYAQLARI ALTINA QIRMIZI XALÇA SƏRƏNLƏR…»

Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: «Qlobal ittifaq yarada bilməsək, terrora qarşı uğurla mübarizə apara bilmərik. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG