Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:35

Ərdoğan: 'İmkan verməyəcəyik...'


Recep Tayyip Erdogan Istanbul, 23 noyabr 2016

"Suriyanın şimalında dövlət qurulmasına imkan verməyəcəyik".

Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib.

Erdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Fərat Qalxanı" adlı əməliyyatdan da danışıb:

"İndi parlamentdə çıxıb deyirlər ki, "Suriyadan bizə nə var". Söz baxın, necə yəni bizə nə var?Qaziantepdə 56 vətəndaşımız öldürülüb. Kilisdə də eyni durumdur. Bu vaxta qədər səbr eləmişdik. İndi artıq sakit dayana bilmirik".

Erdoğan deyib ki, Türkiyənin Suriyayla sərhəd bölgələri terror təhlükəsi altında olduğundan hərbi əməliyyatlar davam edəcək:

"Onların dərdi Suriyanın şimalında dövlət qurmaqdır. Hər kəs bilsin, biz belə bir dövlətin qurulmasına imkan verməyəcəyik".

Türkiyə Suriya sərhəddi, 1 noyabr 2016
Türkiyə Suriya sərhəddi, 1 noyabr 2016

Türkiyə 3 aydır Suriyada "Fərat Qalxanı" adlı hərbi əməliyyat keçirir. Həmin əməliyyatda indiyə qədər 40-a yaxın türk hərbçisi həlak olub.

XS
SM
MD
LG