Ankarada azı 28 nəfərin ölümü ilə nəticələnmiş güclü partlayışın ardınca prezident Recep Tayyip Erdoğanın Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə məlumatı AP və Reuters agentlikləri prezident administrasiyasına istinadən yayıb.
Prezident Erdoğan Azərbaycan paytaxtı Bakıya cümə axşamı səfər etməli idi.
Xəbər verilir ki, o səfərin təxirə salınması barədə məlumatı prezident İlham Əliyevə telefonla bildirib.
Bundan bir qədər əvvəl baş nazir Ahmet Davutoğlu Brüsselə səfərini ləğv etmişdi.