Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Erdoğan və Putin Türkiyənin Suriyadakı hücumunu müzakirə ediblər


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Foto arxivdəndir)
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (Foto arxivdəndir)

Türkiyənin Anadolu xəbər agentliyi bildirir ki, prezident Recep Tayyip Erdoğan telefon söhbətində Türkiyənin Suriyanın şimalına müdaxiləsini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

Erdoğan Putinə yanvarın 23-də, Fransa prezidenti Emmanuel Macron-la söhbətindən sonra zəng edib.

Kremlin məlumatında deyilir ki, Putin və Erdoğan Türkiyənin Suriyanın Afrin bölgəsindəki hərbi əməliyyatını müzakirə ediblər.

Bu da qeyd olunur ki, iki prezident habelə gələn həftə Soçidə keçiriləcək Suriya sülh danışıqlarına hazırlıq barədə danışblar.

Reuters Birləşmiş Ştatların rəsmilərindən birinə istinadən yazır ki, prezident Donald Trump, Türkiyənin Suriyaya sərhəd üzərindən hücumu ilə bağlı narahatlığını ifadə etmək üçün “tezliklə” Erdoğanla danışmalıdır.

Birləşmiş Ştatlar, Türkiyə qoşunları ABŞ-ın dəstəklədiyi kürd birləşmələrinə zərbə endirəndən sonra Ankaranı bu hücumdan çəkinməyə və diqqətini özünü İslam Dövləti adlandıran ekstremist qrupla mübarizəyə yönəltməyə çağırıb.

Bu arada Türkiyə hərbiyyəsinin 23 yanvar tarixli məlumatında deyilir ki, hücum əməliyyatının gedişində indiyədək 260 YPG və İD döyüşçüsü öldürülüb.

Bəyanatda bildirilir ki, Türkiyə qoşunlarının Suriyanın Afrin bölgəsindəki əməliyyatı hücumun dördüncü günündə də plana uyğun şəkildə davam edir.

Tam adı Xalq Müdafiə Birliyi olan YPG ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində onun başlıca müttəfiqidir. ABŞ Suriyada əməliyyatları üçün kürdlərin nəzarətində olan ərazilərdəki bazalardan istifadə edir. Afrində və onun yaxınlığında belə baza yoxdur.

Ankara YPG-ni PKK ilə əlaqədə ittiham edir. Türkiyə bildirir ki, onun Suriyaya müdaxiləsindən məqsəd sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik qurşağının yaradılmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG