Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Erdoğan seçkiöncəsi daha 3 min hərbçini ordudan xaric edəcək


The Times qəzeti yazır ki, çevriliş cəhdi ilə bağlı prezident Erdoğanın repressiyaları çərçivəsində Türkiyə silahlı qüvvələrindən daha üç min hərbçi xaric ediləcək.

Məqalədə deyilir ki, Recep Tayyip Erdoğan bu addımla seçki ərəfəsində hakimiyyətini daha da möhkəmlədəcəyini düşünür.

Ordudan xaricetmələr elan olunandan bir neçə saat əvvəl Türkiyə parlamenti fövqəladə vəziyyətin müddətini 7-ci dəfə artırıb.

Parlament habelə iyunun 24-də erkən seçkinin keçirilməsinə dair qərar qəbul edib.

The Times yazır ki, Erdoğanın tələsməsinə daha bir ciddi səbəb var. Ekspertlərin fikrincə qarşıdan gələn aylarda Türkiyə üçün iqtisasdi tənəzzül qaçılmaz olacaq.

Hazırda Türkiyə lirəsi xeyli ucuzlaşıb, inflyasiya 10 faizə çatıb.

Din və Qlobal İşlər Mərkəzindən Türkiyə üzrə ekspert Ziya Meral deyib ki, Erdoğan seçki üçün ən optimal vaxtı müəyyən edib.

Ordudan nəzərdə tutulan son xaricetmə silahlı qüvvələrdən çevriliş cəhdindən bəri qovulanların ümumi sayını 11 minə çatdıracaq.

2007-ci ildə silahlı qüvvələr az qala Erdoğanın hökumətini devirəcəkdi, lakin indi o ali baş komandandır.

2016-cı il çevriliş cəhdindən 15 gün sonra verilmiş prezident fərmanı Erdoğana və baş nazir Binali Yıldırıma orduya, dəniz və hava donanmalarına birbaşa əmr etmək səlahiyyətləri verib.

Çevriliş cəhdindən indiyədək Türkiyədə 150 min nəfər saxlanıb, 110 min dövlət qulluqçusu vəzifələrindən uzaqlaşdırılıb.

64 yaşlı Erdoğan bu seçkidə qalib gəlsə, tamamilə sahibi-ixtiyar olacaq. Bu halda ölkə parlamenti onun hakimyyəti qarşısında aciz duruma gələcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG