Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Erdoğan NATO və Qərbi ‘qətiyyətsizlikdə’ günahlandırır, amma...


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyə prezidenti bidlirib ki, Moskvanın hərəkəti regional sülhə “ağır zərbə” vurub

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 25-də deyib ki, NATO və Qərbin Rusiyanın Ukraynaya hücumuna reaksiyası qətiyyətli olmayıb.

O ümid etdiyini bildirib ki, NATO sammiti alyansın daha qətiyyətli mövqe tutmasına kömək edəcək.

Reuters agentliyi bildirir ki, Türkiyə Qara dəniz hövzəsində Ukrayna və Rusiya ilə həmsərhəddir və hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir.

Ankara Moskvanı Ukraynaya hücumu dayandırmağa çağırıb və Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib.

Türkiyə niyə bitərəf qalıb?

Prezident İstanbulda cümə namazından sonra jurnalistlərə deyib ki, yalnız “pisləməklə” iş bitmir və NATO daha qətiyyətli addım atmalıdır:

“Aİ və bütün Qərb mentaliteti ciddi və qətiyyətli mövqe nümayiş etdirmir. Onlar elə hey Ukrayna ilə məsləhətləşirlər. Məsləhətlə iş aşmır. Atılan addımlara baxanda görürsən ki, heç addım atılmayıb”.

Qərbin Rusiyaya qoyduğu sanksiyalara rəğmən, Türkiyə belə tədbirlərə qarşı olduğunu bildirir. Türkiyə rəsmiləri baş verənlər barədə danışarkən “müdaxilə” və “pisləmək” kimi sözlərdən qaçır, əvəzində “qeyri-məqbul” sözündən istifadə edirlər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu fevralın 25-də NTV kanalına deyib ki, Türkiyə Avropa Şurasında Rusiyanın bu qurumdam çıxarılmasına dair səsvermədə “bitərəf” qalıb.

O bunu Türkiyənin dialoq tərəfdarı olması ilə izah edib.

NATO Ukraynaya əlavə silahlar verəcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Türkiyə boğazları bağlaya bilməyəcəyini deyib

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də Avropanı Rusiya üzərinə sanksiyaları daha çevik və daha güclü bir şəkildə qoymağa çağırıb.

O Rusiya qoşunlarının paytaxt Kiyev üzərinə yeridiyi bir vaxtda Qərb liderlərini siyasətbazlıqla məşğul olmaqda günahlandırıb.

Ukrayna fevralın 24-də Türkiyədən Aralıq və Qara dənizləri birləşdirən boğazları bağlamağa və Rusiya hərbi gəmilərini Qara dənizə buraxmamağa çağırmışdı.

Türkiyə bildirdmişdi ki, 1936-cı il Montrö razılaşmasına görə belə bir səlahiyyəti olsa da, öz bazasına qayıdan gəmilərin yolunu kəsmək səlahiyyəti yoxdur.

Ankara və Kiyev arasında kommunikasiya davam edir

Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar fevralın 25-də deyib ki, Türkiyə və Ukrayna hökumətləri Ukraynaya ərzaq, dava-dərman və çadırların çatdırılması üçün daim əlaqədirlər.

Bodnar deyib ki, Ukraynanın ehtiyacı olan humanitar yardım siyahısı Türkiyə Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə təqdim olunub.

Fevralın 25-də Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikovla telefon söhbətində Ankaranın humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, onun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə söhbətində “Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün praktik addımlar” müzakirə edilib.

Bu arada Çavuşoğlu deyib ki, Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsinə başlanıb və evakuasiya üçün 2500 nəfər müraciət edib.

Reuters xatırladıb ki, Rusiya ilə enerji və müdafiə sahəsində əməkdaşlıq edən Türkiyə Ukraynaya həmlə dronları verib.

Bundan əvvəl Rusiyaya özünün vasitəçiliyini təklif edən Erdoğan deyib ki, o Moskvanın hücumundan çox kədərlənib.

Türkiyə prezidenti bidlirib ki, Moskvanın hərəkəti regional sülhə “ağır zərbə” vurub.

XS
SM
MD
LG