Türkiyə prezidenti Racep Tayyip Erdogan futbolçu Mesut Özilin nigahında şahidlik edib.
Bu barədə Türkiyə mətbuatı və digər xarici mətbuat orqanları xəbər verirlər.
Tvitter-də yayılmış videoda Erdoganın xanımı Emine ilə birlikdə toyda olduqları görünür.
Erdogan gəncləri toy münasibəti ilə təbrik edib.
Mesut Özil 2014-cü il Türkiyə gözəli Amine Gülşe ilə evlənib.
İyunun 7-də yayılan görüntülərə görə, toy mərasimi İstanbulda, Bosfor sahilindəki dəbdəbəli otellərdən birində keçirilib.
Mesut Özil 1988-ci il oktyabrın 15-də Almaniyada doğulub.
Atası Mustafa və anası Gülizar Özil 1970-ci illərdə iş dalınca uşaqları ilə birlikdə Almaniyaya mühacirət ediblər.
Mesut Özil, hazırda İngiltərənin “Arsenal” klubu və Almaniya millisinin üzvüdür.
Özillə Erdogan arasında dostluq münasibətləri var.
Özüil ötən il ona “Arsenal”-ın üzərinə imzası olan köynəyini bağışlayıb.
Futbolçu bundan sonra tənqidlər və problemlərlə qarşılaşıb.