Keçid linkləri

2024, 17 İyul, çərşənbə, Bakı vaxtı 21:43

Ərdoğan Lukaşenka ilə Ukrayna müharibəsindən danışıb


Alyaksandr Lukaşenka (sağda) və Receb Tayyib Ərdoğan
Alyaksandr Lukaşenka (sağda) və Receb Tayyib Ərdoğan

Ərdoğan NATO üzvü Türkiyənin müharibənin sona çatdırılmasına çalışacağını bildirib

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın ofisi onun Belarus lideri Alyaksandr Lukaşenka ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini bildirir.

Martın 1-də səhər saatlarında baş tutan telefon söhbətində ötən gün Ukrayna və Rusiya rəsmilərinin apardığı atəşkəs danışıqları müzakirə edilib. Danışıqlarda irəliləyiş əldə olunmasa da, bir neçə günə daha bir raundun keçiriləcəyi xəbər verilir.

Ölkələrdən heç birinə arxa çevirməyəcək

Məlumata görə, Ərdoğan NATO üzvü Türkiyənin müharibənin sona çatdırılmasına çalışacağını bildirib. O, Ankaranın həm Moskva, həm də Kiyevlə əlaqələri saxladığını qeyd edib. Prezidentin dediyinə görə, ölkəsi Rusiya hərbi gəmilərinin Türkiyənin nəzarətində olan boğazlardan keçərək Qara Dənizə getməsini məhdulaşdırmağı nəzərdə tutan beynəlxalq razılaşmanı icra edəcək.

Ərdoğan fevralın 28-də Rusiyanın Ukraynaya təcavüzünü “qəbuledilməz” adlandırıb. O, Türkiyənin NATO hərbi alyansı qarşısında öhdəliklərinə əməl edəcəyini vurğulayıb.

Həm Ukrayna, həm də Rusiya ilə dəniz sərhədi olan Türkiyənin prezidenti Ankaranın hər iki ölkəylə yaxşı əlaqələri olduğunu, bu ölkələrdən heç birinə arxa çevirməyəcəyini bildirib.

Səlahiyyətdən istifadə ediləcək

Ukrayna Ankaranın 1936-cı il Montrö Konvensiyasını həyata keçirməsini istəyib. Bu sənəd Türkiyəyə müharibə vaxtı Dardanel və Bosfor boğazlarından hərbi gəmilərin istifadəsini önləmək hüququ verir. Ərdoğan Ukraynadakı münaqişənin müharibə olduğunu müəyyənləşdirəndən sonra paktın icra olunacağını demişdi.

“Türkiyə Rusiya-Ukrayna böhranının eskalasiyasını önləməkdən ötrü Montrö Konvensiyasının Türkiyə boğazları ilə bağlı verdiyi səlahiyyətdən istifadə edəcək”, – Ərdoğan vurğulayıb.

Ankaranın Rusiya ilə enerji və müdafiə sektorlarında sıx əlaqələri var. Amma Moskvanı qəzəbləndirməsinə baxmayaraq, Ukraynaya dron satıb, birlikdə dron istehsalı ilə bağlı saziş imzalayıb.

Lukaşenka isə Rusiya Prezidenti Vladimit Putinin Ukraynaya hərbi hücumunu dəstəkləyir. O, gərəkərsə, Belarus əsgərlərinin Rusiyanın hərbi kampaniyasına qatılacağını bəyan edib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk qurumlarını tanıyan Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG