Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:35

Yunanıstan Erdoğanın Lozanna müqaviləsinə yenidən baxmaq tələbini rədd edib


Yunanıstanın baş naziri Aleksis Tsipras (sağda) və Türkiyə prezidenti Recep Tayyib Erdoğan dekabrın 7-də Afinada keçirilmiş mətbuat konfransında

Yunanıstanın baş naziri Aleksis Tsipras deyib ki, Türkiyə ilə kommunikasiya kanallarının genişləndirilməsi çox mühümdür. İki ölkə arasında uzun müddətdən bəri mübahisəli qalan çox sayda məsələlər var.

Tsipras bu bəyanatı dekabrın 7-də Afinada, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın onun ölkəsinə iki günlük dövlət səfərinin əsnasında verib. Bu, Türkiyə dövlət başçısının Yunanıstana son 65 ildə ilk səfəridir.

Birgə mətbuat konfransında danışan Tsipras deyib ki, “biz hazırda qonşuluğumuzun böhranlı dövrünü yaşayırıq”.

Yunanıstan baş naziri yada salıb ki, indi Avropa-Türkiyə münasibətlərində də böhran dövrü yaşanır.

Tsipras daha sonra deyib: "Bu dövrdə biz inanırıq ki, kommunikasiya kanallarımızın canlandırılması çox mühümdür. Biz bunu yalnız qarşılıqlı hörmət əsasında edə bilərik”.

Yunanıstanın baş naziri bidlirib ki, iki ölkə öz aralarında “etimadın qurulmasıi” və “anlaşılmazlıqların aradan qaldırılması üçün təhlükəsizlik tədbirləri” barədə razılığa gəliblər.

İki ölkə arasında uzun müddətdən bəridir ki, regional rəqabət var və bu rəqabət zaman-zaman müharibə həddinə çatıb.

Yunanıstan prezidenti Prokopis Pavlopulosla birgə keçirilən mətbuat konfransında Erdoğan israr edib ki, Türkiyənin sərhədlərini təyin edən 1923-cü il Lozanna razılaşması ədalətli şəkildə tətbiq edilməyib və bu sazişə yenidən baxılmalıdır.

Pavlopulos bu paktın dəyişdirilməsi barədə müddəanı dərhal rədd edib və deyib ki, “bu saziş bizim üçün müzakirəolunmazdır”.

Yunanıstan prezidenti vurğulayıb ki, “bu sazişdə heç bir boşluq yoxdur və ona yenidən baxılmasına heç bir lüzum görmür”.

Pavlopulos qətiyyətlə bildirib: “Bu müqavilə bizim üçün etibarlıdır”.

Tarixi foto: Türkiyə nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində. 24 iyul 1923-cü il
Tarixi foto: Türkiyə nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində. 24 iyul 1923-cü il

Erdoğan Yunanıstanı həm də, Ankaranın çevriliş cəhdində iştirakda ittiham etdiyi 8 hərbçiyə sığınacaq verməkdə günahlandırır.

Afina bu hərbçilərin ekstradisiya olunması barədə ricanı rədd edib və bildirib ki, hərbçilərin Türkiyədə ədalətlə mühakimə olunacaqlarına inanmır.

Türkiyə przeidenti habelə Yunanıstanın şimalında yaşayan 100 minədək etnik türkün “statusunun yaxşılaşdırılmasına” çağırıb.

Bundan başqa iki ölkə arasında ikiyə bölünmüş Kipr adası ilə bağlı çoxsaylı mübahisəli məsələlər qalır. Ada 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsi nəticəsində parçalanıb.

Erdoğan bildirib ki, Türkiyə bu adada davamlı sülhə tərəfdardır, amma Kipr yunanları danışqılardan qaçırlar.

Yunanıstan Türkiyəni onun hava və dəniz sərhədlərini vaxtaşırı pozmaqda günahlandırır.

Günün sonunda Yunanıstan televiziyasında çıxış edən Erdoğan deyib ki, iki ölkə “keçmişin səhvlərini geridə buraxmalı” və münasibətlərini “daha möhkəm əsasda” qurmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG