Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:31

Erdoğan deyib ki, Türkiyə Liviya generalının ‘dərsini verməyə’ hazırdır


Recep Tayyip Erdoğan yanvarın 14-də çıxış edib
Recep Tayyip Erdoğan yanvarın 14-də çıxış edib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan xəbərdarlıq edib ki, Liviyada qiyamçı general Khalifa Haftarın qüvvələri ölkənin qanuni hökumətinə qarşı hücumlarını davam etdirərsə, Ankara onun “dərsini verməyə hazırdır”.

Erdoğan bu xəbərdarlığı yanvarın 14-də televiziya ilə yayınlanan çıxışında verib.

Bundan əvvəl Moskvada keçirilən danışıqlar Liviyanın BMT tərəfindən tanınan hökumət başçısı Fayez al-Sarraj və ona qarşı çıxış edən general Haftar arasında razılaşma əldə olunmadan başa çatıb.

İki rəqib üz-üzə görüşməsə də, onları təmsil edən nümayəndə heyətləri yanvarın 13-də bağlı qapılar arxasında 7 saat davam edən danışıqda olmuşdular.

Bu danışıqlarda habelə Türkiyənin və Rusiyanın xarici işlər nazirləri iştirak edirdilər.

Liviyanın qiyamçı generalı Khalifa Haftar (solda) və onu dəstəkləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov before talks in Moscow, January 13, 2020
Liviyanın qiyamçı generalı Khalifa Haftar (solda) və onu dəstəkləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov before talks in Moscow, January 13, 2020

Liviya, 2011-ci ildə ölkənin avtoritar hakimi Muammar Qaddafi devrildikdən və öldürüldükdən sonra iki qütbə ayrılıb.

NATO üzvü olan Türkiyə Liviyanın beynəlxalq birlik tərəfindən tanınan Tripoli hökumətini dəstəkləyir.

Rusiya isə bu hökumətə qarşı çıxan general Haftarın Liviya Milli Ordusunun tərəfini saxlayır.

Yanvarın 12-də qüvvəyə minmiş atəşkəs nəticəsində ölkədə aylardır davam edən münaqişə bir qədər səngiyib.

Haftar Erdoğanı qəzəbləndirib

Yanvarın 13-də keçirilən danışıqlardan sonra Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mevlut Çavuşoğlu və Sergey Lavrov bildiriblər ki, Sarraj barışıq razılaşmasını imzalasa da, Haftar bundan imtina edib.

Haftar bildirmişdi ki, ona “düşünmək üçün vaxt” lazımdır.

Lakin ertəsi gün, yanvarın 14-də Lavrov məlumat verib ki, Haftar sənədi imzalamadan Moskvanı tərk edib. Sarraj-ın da Rusiyadan çıxdığı xəbər verilib.

Elə həmin gün Türkiyə paytaxtında çıxış edən Erdoğan deyib ki, “qiyamçı Haftar qaçıb aradan çıxıb”.

Bununla belə Erdoğan Moskvada keçirilən danışıqları müsbət qiymətləndirdiyini deyib.

Onun sözlərinə görə bu görüş ən azı “qiyamçı Haftarın iç üzünü açıb”.

Erdoğan deyib ki, indi bu məsələ yanvarın 19-da Liviyaya dair Berlində keçiriləcək sammitdə müzakirə olunacaq.

Yanvarın 14-də Şri Lankada səfərdə olan Lavrov deyib ki, Moskva Liviyada qarşı duran tərəflər arasında daimi sülhün bərqərar edilməsinə çalışacaq.

Liviyada Türkiyə və Rusiya qarşıdurmadadır

BMT və Qərb ölkələri həm Türkiyə, həm də Rusiyanı Liviyadakı fəaliyyətlərinə görə tənqid edirlər.

Onlar bildirirlər ki, Moskva və Ankaranın bu münaqişədə qarşı duran tərəfləri silahlandırması zorakılığın artması ilə nəticələnib.

Liviyada Rusiya və Türkiyə faktiki olaraq qarşıdurma vəziyyətindədirlər.

Erdoğan bu ayın əvvəllərində demişdi ki, Ankara Liviyaya qanuni hökumətin müdafiəsi üçün hərbi kontingent göndərib.

BMT ekspertləri və diplomatlar bildirirlər ki, Liviyada qanuni hökumətə qarşı çıxış edən general Haftara Rusiyadan göndərilmiş muzdlular dəstək verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG