Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Ərdoğan Ermənistanla sərhədi açmaqdan danışır


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

“Ermənistanın sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması kimi konkret gözləntiləri olduğunu bilirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenə Ermənistanla əlaqələri yaxşılaşdırmağın mümkünlüyündən danışıb. O deyib ki, Yerevan iki ölkə arasında normallaşma prosesinə sadiq qalarsa, onunla sərhədləri açar, diplomatik münasibətləri yenidən qurar.

Fevralın 23-də Afrikadan qayıdan Ərdoğan jurnalistlərə deyib ki, “Ermənistanın sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması kimi konkret gözləntiləri olduğunu bilirik”.

“Bağlı qapılar...”

“Ermənistan xüsusi elçilərlə başlanmış prosesi davam etdirərsə, bağlı qapılar qapalı qalmayacaq”, – o deyib.

Ermənistan və Türkiyənin elçiləri yanvarın 14-də Moskvada danışıqların ilk raundunu keçiriblər. Məqsəd illərlə çəkmiş ədavətdən sonra əlaqələri normallaşdırmaqdır.

Ermənistanı danışıqlarda parlamentin spiker müavini Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfir Sərdar Kılıc təmsil edir. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər əlaqələri “dialoq vasitəsilə” və qeyd-şərtsiz tənzimləmək üzərində işləməyin vacibliyinə razılaşıblar.

Sabah danışıqlar davam edəcək

Danışıqların ikinci raundu fevralın 24-də Vyanada keçirilməlidir.

1915-ci ildə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi Ermənistanla Türkiyənin münasibətlərini tarixən mürəkkəb edib.

Ancaq Türkiyə Ermənistanla sərhədi onun Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə görə bağlayıb. Ankara sərhədi 1993-cü ildə, Ermənistanın Qarabağı və ətraf 7 rayonu ələ keçirməsindən sonra qapadıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG