Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:03

Erdogandan ermənilərə məktub


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

"Çox dəyərli erməni vətəndaşlarım,sizləri sevgi, sayqı ilə salamlayıram”.

Türkiyə prezidenti Recep Tayyib Erdoganın Erməni icmasına ünvanladığı məktub bu sözlərlə başlayır.

Aprelin 24-də prezidentin sözçüsü İbrahim Kalının mətbuat konfransında bu məktubu oxuyub.

Türkiyənin Anadolu Ajansı 24 aprel 1915-ci il Ermənistanın “soyqırım” adlandırdığı, Türkiyənin isə “köç” kimi tanıdıldığı hadisələrin ildönümü ilə bağlı ermənicə yazılan məktubu dərc edib.

“Birinci Dünya Müharibəsində çətin şərtlər əsasında həyatını itirən osmanlı ermənilərini bu ildə hörmətlə xatırlayır, nəvələrinə baş salığı verirəm. Bölgənin iki qədim cəmiyyəti olaraq, türklər və erminlər min illərdir çiyin-çiyinə yaşadıqları bu ərazilərdə, ortaq bir tarixi və mədəniyyəti paylaşıblar” - məktubda yazılır.

Erdoğan məktubunda özəlliklə qeyd edir ki, ölkəsində ermənilərin hüzuru, güvənliyi və xoşbəxliyi olduqca önəmlidir:

“Tək bir erməni vətəndaşımıza belə sıxışdırılmasını, özünü aşağı hiss etməsinə dözümümüz yoxdur”.

Məktub “I Dünya Müharibəsinində çətin şərtləri altında həyatını itirən milyonlarca osmanlı vətəndaşına rəhmət diləyi” sözləri başa çatır.

Bu məktubu oxuduqdan sonra prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, tarixi saxtalaşdırmaq istəyənlərə imkan vermədən ermənilərlə danışıq apararaq, ortaq acını ortaq yasa çevirməyi hədəfləməyə çalışırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG