Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:38

Erdoğan Avropa türklərini də ‘beş uşaq doğmağa’ çağırır


Londonda çıxan Vox jurnalı yazır ki, prezident Erdoğan türklərin Avropada dəhşətli diskriminasiya ilə üzləşdiklərinə inanır və buna görə də problemin həlli yolunu təklif edib: Mümkün olduğu sayda türk uşaqları doğulmalıdır.

Martın 17-də Eskişehirdə keçirilən mitinqdə Erdoğan Avropada yaşayan soydaşlarını böyük ailələrə sahib olmağa çağırıb.

Türkiyə prezidenti deyib ki, bu, Avropada yüksəlişdə olan antimüsəlman və antitürk sentimentə qarşı ən yaxşı mübarizə üsuludur.

Erdoöan deyib: “Gedin və ən yaxşı məhəllələrdə yaşayın. Ən yaxşı maşınları sürün. Ən yaxşı evlərdə yaşayın. Üç yox, beş uşaq doğun. Çünki siz Avropanın gələcəyisiniz. Bu sizin sizə edilən ədalətsizliklərə qarşı ən yaxşı cavabınız olacaq”.

Vox yazır ki, Avropanın antimiqrant siyasətçilərini qitədə türk və müsəlman əhalisinin sürətlə artması perspektivi lərzəyə gətirir və Erdoğanın da istədiyi elə budur.

Məqalədə deyilir ki, hazırda Türkiyə-Avropa mümasibətləri xaos vıəziyyətindədir və Erdoğan oda benzin tökməyi siyasi baxımdan sərfəli sayır.

Türkiyə mətbuatı bu günlər prezidentin Avropa üzərinə hücumlarını dəstəkləyir
Türkiyə mətbuatı bu günlər prezidentin Avropa üzərinə hücumlarını dəstəkləyir

Türkiyə prezidenti hazırda ölkəsi boyunca gəzərək keçirdiyi mitinqlərdə ona limitsiz səlahiyyətlər verəcəyi gözlənilən referendumun təbliğatını aparır.

Qərb təhlilçiləri və Erdoğanın opponentləri Türkiyənin tezliklə avtoritar rejimə çevriləcəyindən yazırlar.

Vox yazır ki, antitürk sentimenti ilə oynamaq və Avropanı tənqid etməklə Erdoğan Türkiyədəki millətçi hissləri qızışdırır. O ümid edir ki, millətçi qüvvələr referendumda ona geniş dəstək verəcək.

Məqalədə bu da qeyd olunur ki, Erdoğanın əsas müxalifəti olan CHP onun Avropa üzərinə son hücumlarına dəstək verib.

Erdoğan Almaniyanı “nasistlər kimi hərəkət etməkdə”, Hollandiyanı isə “nasist tör-töküntüsü olmaqda” ittiham edir.

Vox yazır ki, Avropa millətçiləri də Erdoğanın təhdid və hücumlarından faydalanmağa çalışır, müsəlman təhlükəsini qabartmaqla elektoratlarını qorxudurlar.

Məqalədə deyilir ki, istər Avropada, istərsə də Türkiyədə belə qarşıdurma siyasətçilərə qısa müddətdə istədiklərini versə də, uzaq perspektivdə bunun ciddi nəticələri olacaq.

Türkiyə ilə Avropa İttifaqı arasında qaçqın axının dayandırılmasına dair saziş iflasa uğraya, bu isə öz növbəsində daha ciddi siyasi-iqtisadi təlatümlərə səbəb ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG