Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 09:19

Erdoğan Assad-ı ‘terrorçu’ adlandırdı, hakimiyyətdən getməsinə çağırdı


Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 27-də verdiyi bəyanatda Suriya prezidenti Bashar al-Assad-ı “terrorçu” adlandırıb və deyib ki, onunla birlikdə sülh cəhdlərinin davam etdirilməsi mümkün deyil.

Reuters agentliyinin verdiyi xəbərdə deyilir ki, Suriyanın Xarici İşlər Nazirliyi bu bəyanata cəld şəkildə reaksiya verib və Erdoğanın özünü Assad-a qarşı döyüşən terrorçu qrupları dəstəkləməkdə günahlandırıb.

Türkiyə bundan əvvəl də Assad-ın hakimiyyətdən getməsini tələb edirdi, lakin onun müttəfiqləri olan Rusiya və İranla yaxınlaşdıqdan sonra bu tələbin tonunu bir qədər aşağı salmışdı.

Tunisdə bu ölkənin prezidenti Beji Caid Essebsi ilə keçirdiyi birgə mətbuat konfransında Erdoğan deyib ki, “Assad aşkar şəkildə dövlət terroru həyata keçirən terrorçudur”.

Türkiyə prezidenti daha sonra deyib: “Assad-la bu işi davam etdirmək mükün deyil. Öz ölkəsinin bir milyona yaxın vətəndaşını qırmış Suriya prezidenti ilə gələcəyi necə müzakirə etmək olar?”

Reuters yazır ki, hazırda Türkiyənin diqqəti bilavasitə Suriyaya yönəlib. Erdoğanın dediyinə görə burada, Türkiyənin cənub sərhədlərində, islamçı döyüşçülər və PKK-nın müttəfiqi olan kürdlərin “terror” dəhlizi yaranıb.

Türkiyə bildirir ki, PKK-nın bir qolu olan Suriya kürdlərinin YPG qruplaşması Qazaxıstan paytaxtında Rusiyanın başçılığı ilə keçirilən Suriya danışıqlarına dəvət edilməməlidir.

Digər tərəfdən YPG Vaşinqtonun Suriyada təlimləndirdiyi, silahla təchiz etdiyi və havadan dəstək verdiyi SDQ qüvvələrinin özəyini təşkil edir. Ankara NATO müttəfiqi olan ABŞ-ın Suriya kürdlərinə verdiyi bu dəstəkdən narazıdır.

Rusiya və İranla fikir ixtilaflarına baxmayaraq Türkiyə Suriya münaqişəsinə siyasi həllin tapılması naminə Moskva və Tehranla işbirliyinə daxil olub.

Ankara, Moskva və Tehran, habelə Suriyada hökumət qoşunları və qiyamçı qüvvələr arasında toqquşmaların önlənməsi üçün de-eskalasiya zonalarının yaradılması barədə razılığa gəliblər.

Erdoğan Assad barədə söhbətinə davam edərək deyib: “Biz deyə bilmərik ki, o bunun öhdəsindən gələcək. Türkiyə üçün bunu qəbul etmək qeyri-mümkündür. Şimali Suriya dəhliz kimi terrorçulara verilib. Suriyada sülh yoxdur və bu sülh Assad-la birlikdə olmayacaq”.

Suriyanın SANA dövlət xəbər agentliyinin yaydığı rəsmi hökumət bəyanatında deyilir ki, Erdoğan “yenə də ağzı köpüklənə-köpüklənə adəti üzrə Türkiyə ictimaiyyətini çaşdırmağa və müxtəlif terrorçu qruplara dəstəyi vasitəsilə Suriya xalqına qarşı törətdiyi cinayətləri boynundan atmağa cəhd göstərir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG