Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Erdoğan ABŞ-ın Türkiyədəki səfirini ‘tanımadığını’ deyir


Prezident Recep Tayyip Erdoğan Vaşinqton və Ankara arasında yaşanan diplomatik çəkişməyə görə Birləşmiş Ştatların Türkiyədəki səfirini ittiham edib və bildirib ki, onun ölkəsi səfiri ABŞ-ın rəsmi nümayəndəsi saymaqdan imtina edir.

Reuters agentliyinin xəbərinə görə Türkiyədə missiyasını başa vurmaqda olan səfir John Bass üzərinə açıq və birtərəfli hücum edən Erdoğan onu Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırıması qərarın; özbaşına qəbul etdiyini deyib.

Türkiyə prezidenti deyib ki, ABŞ diplomatik missiyalarına “casuslar” soxulub.

Reuters yazır ki, son diplomatik qarşıdurma iki NATO müttəfiqi arasında onsuz da gərgin olan münasibətləti daha da tarıma çəkib. Münasibətlər Türkiyədə ötən iyulda baş tutmamış çevriliş cəhdindən və ABŞ məhkəməsi tərəfindən Türkiyə rəsmilərinə qarşı cinayət ittihamları irəli sürüləndən sonra korlanıb.

ABŞ səfirliyi oktyabrın 9-da viza xidmətlərinin dayandırıldığı elan etmişdi. Missiya bildirmişdi ki, Amerika tərəfi Türkiyənin səfirliyin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini qiymətlərnirməyə məcburdur.

ABŞ-ın Türkiyədəki səfiri John Bass
ABŞ-ın Türkiyədəki səfiri John Bass

Erdoğan deyib ki, “Ankarada oturmuş bir səfirin qərarlar qəbul etməsi və bunu öz hökumətinin adından etdiyini deməsi qəribə görünür”.

Türkiyə prezidenti əlavə edib ki, “bizim səfir belə bir iş görsəydi, biz onu vəzifəsində bir dəqiqə də saxlamazdıq”.

ABŞ səfirliyi bildirib ki, onun əməkdaşının Fethullah Gülenlə əlaqəda ittiham edilib həbs olunması “tamamilə əsassızdır”.

Lakin Erdoğan deyib ki, bu həbs və səfirliyin daha bir əməkdaşının polisə dindirmə üçün çağırılması “İstanbuldakı ABŞ konsulluğunda nələrinsə baş verdiyini göstərir”.

Prezident bildirib ki, səfir Bass bir neçə gündən sonra Türkiyəni tərk edərək Əfqanıstanda yeni vəzifəyə gedir və bu münasibətlə vida mərasimi təşkil edib.

Erdoğan səfərdə olduğu Belrqadda keçirilən mətbuat konfransında deyib ki, “bizim nazirlərimiz, parlamentin spikeri və mənim özüm onun dəvətini qəbul etməyəcəyik, çünki biz onu Birləşmiş Ştatların nümayəndəsi saymırıq”.

Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, ABŞ səfirliyinin vizaların verilməsini dayandırması hər iki ölkənin vətəndaşlarını cəzalandırır. O Vaşinqtonu öz müttəfiqinə qarşı emosional və yersiz addımlar atmaqda ittiham edib.

Reuters yazır ki, iki ölkə arasında münasibətlərin korlanmasına səbəb həm də ABŞ-ın Suriya kürdlərinə hərbi dəstəyi və Fethullah Güleni ekstradisiya etməkdən imtina etməsi olub.

ABŞ məhkəməsi bir Türkiyə bankiri və bir keçmiş naziri Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının pozulmasında iştiraka görə cinayət məsuliyyətinə cəlb edib.

Bundan başqa ABŞ-da may ayında baş vermiş insidentlə əlaqədar Erdoğanın şəxsi mühafizəsinin 15 əməkdaşına qarşı cinayət işi qaldırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG