Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:30

Erdoğan ‘Almaniyanın hərəkətini’ nasist zəmanəsinə bənzədib


Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu ölkədəki türk icmasının mitinqlərini qadağan etmiş“Almaniya hökumətinin hərəkətlərini” nasist hərəkətlərinə bənzədib.

Almaniya hakimiyyət orqanları keçən həftə ölkənin iki şəhərində Türkiyə hökumətinin dəstəklənməsi üçün keçirilməli olan mitinqlərə verilmiş icazəni ləğv edib.

Bu mitinqlərdə 1, 5 milyonluq Almaniya türk icmasının nümayəndələri iştirak etməli idilər.

Ankara aprel ayında Türkiyədə keçiriləcək referendumda Almaniya türk icmasının Erdoğana dəstəyini təmin etmək üçün təbliğat aparır.

Bundan əvvəl Almaniya şəhərlərində Erdoğana dəstək mitinqləri keçirilib
Bundan əvvəl Almaniya şəhərlərində Erdoğana dəstək mitinqləri keçirilib

Bu referendumda hakim AKP-nin arzuladığı nəticə alınarsa, hazırkı prezident Erdoğana misilsiz və demək olar məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri veriləcək.

İstanbulda keçirilən qadın mitinqində Erdoğan Berlinə müraciətlə deyib: "Almaniya, sənin demokratiya ilə heç bir əlaqən yoxdur və bilirsənmi ki, sənin hazırkı hərəkətlərin nasistlərin zamanında ediləndən heç fərqli deyil…”

Türkiyədə aprelin 16-da keçiriləcək referendumda Konstitusiyanın dəyişdirilməsinə dair sual qoyulub.

Bu referendumun nəticələri Türkiyədə prezidentlik təsisatını Fransa və ya Birləşmiş Ştatlardakı kimi gücləndirə bilər.

Türkiyə israr edir ki, dəyişiklik ölkəyə sabitlik gətirəcək. Lakin Erdoğanın tənqidçiləri narahatdırlar ki, bu, ölkədə bir adamın – Erdoğanın hakimiyyətini bərqərar edəcək.

“Erdoğan mitinqlərinə” kütləvi qadağan çağırışı

Bir sıra təhlilçilər Almaniyada türk mitinqlərinə qoyulan qadağanı Türkiyə əsilli Almaniya jurnalistinin İstanbulda həbs edilməsi ilə əlaqələndirilər.

Avstriya kansleri Christian Kern bütün Avropanı "Erdoğan mitinqlərinin" qadağanına çağırıb
Avstriya kansleri Christian Kern bütün Avropanı "Erdoğan mitinqlərinin" qadağanına çağırıb

Erdoğan kürd separatçısı olmaqda ittiham edilən Die Welt qəzeti müxbirini “alman agenti” olduğunu söyləyib.

Almaniya hökuməti bu iddiaları absurd adlandırıb.

Bu arada Avstriya kansleri bütün Avropa İttifaqı üzvü olan ölkələri Türkiyə siyasətçilərinin bu ölkələrdə mitinqlər keçirməsinə yol verməməyə çağırıb.

Christian Kern Almaniyanın Welt am Sonntag qəzetinə deyib ki, Aİ-nin türk mitinqlərinə kollektiv qadağanı Türkiyəni kimisə ittiham etmək imkanından məhrum edər.

Avstriya Türkiyənin bu ölkədə hər hansı referendum kampaniyası aparmasına qadağan qoyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG