Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

Erdoğan yenidən AKP-nin lideri oldu


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyənin hakim partiyası prezident Recep Tayyip Erdoğan-ı yenidən lideri seçib. Bu, Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 21-də Ankarada keçirilən qurultayında baş verib.

Erdoğan partiyanın sədri vəzifəsində baş nazir Binali Yıldırım-ı əvəzləyəcək yeganə namizəd olub və 1470 səsin 95 faizini toplayıb.

«MİLLƏTİMİZN BAŞININ ƏYİLMƏSİNDƏNSƏ...»

«Sabah millətimizin başının aşağı əyilməsindənsə, bu gün ölkədə və xaricdəki tör-töküntülərə qarşı başımızı dik tutmağımız yaxşıdır», – Erdoğan Ankaradakı idman arenasında minlərlə tərəfdarı qarşısında çıxış edib.

Erdoğan islamçı köklü AKP-ni 2001-ci ildə yaradıb və bir il sonra bu partiya seçkidə qalib gəlib. Amma üç il öncə ölkə prezidenti seçiləndən sonra Erdoğan partiyadakı liderlik postundan getmişdi.

***Buna da bax-Erdoğan-ı tənqid edən ABŞ basketbolçusunu Buxarestdə saxlamışdılar

16 aprel referendumundan sonra durum dəyişib. Həmin səsvermədə Erdoğan cüzi səs fərqiylə səlahiyyətlərini gücləndirəcək dəyişikliklərə dəstək qazana bildi. Elə həmin dəyişikliklər ölkə başçısına partiya üzvü, yaxud lideri olmağa imkan verdi.

HƏDƏFDƏ 2019-CU İL SEÇKİLƏRİDİR

CNN qeyd edir ki, ölkənin yeni siyasi strukturu Erdoğan-a 2029-cu ilədək prezident postunda qalmağa imkan verir. Elə Erdoğan da partiya qurultayında buna eyham vurub, tərəfdarlarına deyib ki, «qarşıdan 2019-cu il gəlir».

«2019-cu ilin martında yerli seçkilər, noyabrında isə prezident seçkisi keçiriləcək. Biz dayanmayacağıq. Çox işləyəcəyik», – o söyləyib. Yerli media qurultaya 80 min Erdoğan tərəfdarının qatıldığını bildirir.

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

16 aprel referendumunu Avropa liderləri və insan haqları qrupları pisləyib, bunun hakimiyyətin bir əldə cəmləşməsinə xidmət etdiyini vurğulayıblar.

Ötən ilin iyulunda çevriliş cəhdindən sonra Erdoğan opponentlərinə qarşı genişmiqyaslı təqib kampaniyası aparıb, 100 mindən çox insan ya həbsə atılıb, ya da işdən çıxarılıb.

TERRORLA MÜBARİZƏ

Erdoğan-ın mühafizəçilərinin bu günlərdə Vaşinqtonda anti-Erdoğan etirazçılarını döyməsi isə beynəlxalq medianın gündəmindən düşmür.

***Buna da bax-Merkel Almaniya hərbçilərini Türkiyədən çıxara biləcəyini deyir

«The Washington Post» qəzeti yazır ki, AKP-nin qurultayından bir neçə saat öncə Ankarada polis əməliyyatında iki şübhəli İŞİD («İslam Dövləti» silahlı qruplaşmasının qısa adı) yaraqlısı öldürülüb. Polis onlardan silah və partlayıcı aşkarlandığını bildirib. Dövlət xəbər agentliyinin yazdığına görə, həmin şübhəlilər paytaxtda terror planlaşdırıblarmış.

Son iki ildə Türkiyə ərazisində bir neçə hücumun arxasında İŞİD-in durduğu açıqlanıb, sonucda Türkiyə Suriyanın şimalında İŞİD və kürd yaraqlılarına qarşı əməliyyatlar aparıb.

Erdoğan bazar günkü çıxışında avropalı müttəfiqləri də tənqid edib, «Avropa Birliyinin ikili münasibətinə dözməli deyilik», – deyib.

O, AB-ni Türkiyə vətəndaşlarına vizasız səyahət rejimi verməyə, Türkiyədə yerləşmiş miqrantlara vəd olunan yardımı ayırmağa çağırıb.

«Hər şeyə rəğmən, hələ də AB ilə yola davam etməyi seçirik. Burada qərar AB-yə məxsusdur», – Erdoğan deyib.

XS
SM
MD
LG