Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:30

Türkiyə prezidenti 10 səfirin ölkədən çıxarılmasına göstəriş verib


 Osman Kavala, arxiv foto
Osman Kavala, arxiv foto

Türkiyə prezidenti Receb Tayyib Erdoğan Xarici İşlər Nazirliyinə on qərb ölkəsinin səfirlərinin ölkədən çıxarılması ilə bağlı göstəriş verib.

Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. Belə bir addım diplomatların dövlət çevrilişinə cəhddə şübhəli bilinən türkiyəli xeyriyyəçi Osman Kavalanı azad etməyə çağırması ilə izah edilib.

İstanbul prokurorluğu onu 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham edir, o, həbs edilib.

Ona qarşı ittihamlar 2013-cü ildə İstanbulda baş vermiş kütləvi etirazlarla əlaqəli (hakimiyyəti devirməyə cəhd) cinayət işi üzrə məhkəmədə bəraət qazanmasından dərhal sonra irəli sürülüb.

ABŞ, Almaniya, Fransa, Hollandiya, Kanada, Yeni Zelandiya, Danimarka, Norveç, Finlandiya və İsveç səfirlikləri bu həftənin əvvəlində Kavalanın azad edilməsinə çağırış etmişdilər.

Türkiyə NATO üzvüdür və Avropa Birliyinə üzv olmağa namizəddir. Buna baxmayaraq, bütün bu ölkələrin səfirləri persona non-qrata elan ediləcək. Cümə axşamı Erdoğan deyib ki, diplomatların Ankaraya öz ərazisindən mühazirə oxumağa haqqı yoxdur.

"Siz ümumiyyətlə kimsiniz?"- deyə Erdoğan çıxışı zamanı bildirib.

2020-ci il fevralın 18-də Türkiyə məhkəməsi 2013-cü il Gezi parkı etirazlarındakı rollarına görə məhkum edilmiş biznesmen Osman Kavala və daha 8 nəfərə qarşı ittihamlara xitam verib. Kavala və iki başqa müttəhimi aministiya hüququ olmadan ömürlük həbsxana cəzası gözləyirdi.

Ankara bu adamların məhkum edilməsinə görə Qərb tərəfindən kəskin tənqid olunurdu.

Reuters agentliyi bildirir ki, məhkəmə zalındakılar bu hökmü sürəkli alqışlarla qarşılayıblar.

Agentlik yazırki, hökm gözlənilməz olub. Hakim bildirib ki, müttəhimlər ittiham olunduqları cinayətləri törətməyiblər.

Xeyriyyəçi Kavala iki illik məhbusluqdan sonra məhkəmə zalından sərbəst buraxılıb.

Avropa İnsan Haqları Məhkəməsi ötən dekabrda onun dərhal azadlığa buraxılmasını tələb etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG